“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

45 milyonluq tenderin qalibi açıqlandı - Nə tikiləcək?

Tarix 07.12.23, 11:44

Font ölçüsü : - / +
bitmap-img6


Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Körpü-Bina-Tikinti” MMC (VÖEN - 3100026151) olub.

Yeniavaz.com xəbər verir ki, dövlət qurumu Əlicançay su anbarının tikintisi üçün "Körpü-Bina-Tikinti” MMC-yə 45 milyon 189 min 816 manat 89 qəpik ödəyəcək.

Qeyd edək ki, "Körpü-Bina-Tikinti” MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Məlumat üçün əlavə edək ki, "Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb. Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.

Oğuz və Şəki rayonları ərazisində tikiləcək Əlicançay su anbarı ilə bağlı Sərəncam Prezident İlham Əliyev tərəfinən bu ilin 28 iyul tarixində imzalanıb.



Xəbərin oxunma sayı : 3691




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap