“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

17 nəfərdən telefon, 5 nəfərdən moped - 18 yaşlı Kənanın film kimi cinayətləri

Tarix 25.03.25, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


18 yaşlı Kənan Bakıda 22 nəfərə qarşı cinayət törədib. Kənan telefonunu, mopedini satmaq istəyən şəxsləri aldadıb.

Musavat.com xəbər verir ki, Kənan hər dəfəsində eyni üsula əl atıb.

O, internet saytlarında mobil telefonunu və mopedini satışa çıxaran şəxslərlə əlaqə saxlayıb, onları görüşə çağıraraq aldadıb.

Mobil telefonunu satan şəxslərin hamısını Bakıda fəaliyyət göstərən məşhur restoranlara, çay evlərinə dəvət edib. Onun seçdiyi şəxslərin hamısı “İphone” markalı telefonlarını satmaq istəyənlər olub. Həmin şəxslərlə söhbət zamanı etibarlarını qazandıqdan sonra telefonu alaraq ya kamerasını yoxlamaq, ya telefonla danışmaq, ya da internetə qoşulmasını yoxlamaq adı ilə alıb. Maraqlısı budur ki, Kənan görüşləri restoran və çay evlərinin kabinetində təşkil edirmiş. Səbəb isə bu olub ki, kabinetdən çıxarkən telefon sahiblərinin onun məkandan uzaqlaşmasını görməsin. Hesabı da həmişə zərərçəkmişlər ödəyirmiş.

Kənan moped satan şəxslərin hamısını da eyni üsulla aldadıb. Onları görüşə çağıraraq mopedi almaq istədiyini deyib. Mopedi yoxlamaq, sürmək adı ilə alaraq oradan uzaqlaşıb.

Onun cinayət işində zərərçəkmiş kimi tanınan 22 nəfərdən 17-si telefonunu, 5 nəfər isə mopedini itirib.

Kənan telefonların bir çoxunu ucuz qiymətə satıb. Bir neçəsini isə satmadan polis tərəfindən saxlanılıb. Mopedlərin sənədi olmadığına görə Kənan onları parçalara ayıraraq ucuz qiymətə ehtiyat hissə kimi satıb.

Məhkəmə istintaqı zamanı məlum olub ki, zərərçəkmişlərdən çox az hissəsi Kənandan şikayətçi olmayıb. Onlar da telefonu satılmadan geri qaytarılanlardır.

Məhkəmə Kənanı törətdiyi əməllərdə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.



Xəbərin oxunma sayı : 913




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap