|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Qadın qəhrəmanlar döyüş meydanlarında - Aliyə Piriyeva kimdir?
Tarix 04.04.24, 12:10 |
|
Qarabağ müharibəsi hər bir azərbaycanlının həyatında dərin izlər buraxıb. Həmin ağır illərdə hər kəs öz doğma Vətənini işğalçılardan müdafiə etməyə çalışırdı. Hər gün könüllülərlə dolu avtobuslar cəbhə xəttinə yollanırdı. Bu insanlar ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq əzmində idilər.
Cəbhəyə yazılanlar arasında qadınlar da az deyildi. Qarabağda döyüşən qadınlar öz gücünü və rəşadətini sübut etdilər, zərif cinsin nümayəndəsindən əsil qəhrəmana çevrildilər. Onların döyüş tarixçəsi odlu-alovlu müharibənin dəhşətləri ilə dolu idi. Cəbhə xəttində kişilərlə çiyin-çiyinə döyüşən qadınlar yüksək əzm və qətiyyət nümayiş etdirirdilər, öz yaxınlarını və ölkəsini müdafiə etmək üçün bütün çətinliklərin öhdəsindən gəlirdilər. Onların qəhrəmanlığı hərb tarixinin bir hissəsi ilə ayrılmaz şəkildə vəhdət təşkil edir, qadınların ən çətin sınaqlarda gücündən, dəyanətindən xəbər verir.
Bu qadınlardan biri də Aliyə Piriyevadır. O, işğalçılarla mübarizə aparmaq üçün döyüş meydanına yollanıb və bütün Qarabağ müharibəsində iştirak edib. Bu zərif qadına baxanda, onun gücünə, rəşadətinə və qəhrəmanlığına təəccüb etməyə bilmirsən.
Aliyə Piriyeva 1973-cü il noyabrın 12-də Azərbaycanın Ağcabədi rayonunda Ağdamdan buraya köçmüş ailədə dünyaya gəlib. Hələ gənclik illərində tarix müəllimi olmağı arzulayır, Kəlbəcərdə və ya Laçında dərs deməyi planlaşdırırdı. Təəssüf ki, onun arzuları yerinə yetmədi...
Torpaqların işğalı, Xocalı faciəsi gənc Aliyənin gözləri qarşısında baş verdi. Həmin illər o, Xocalıdan Ağdam məscidinə yaralıların, habelə şəhidlərin meyitlərinin gətirilməsinin şahidi oldu. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin dəhşətli günləri xatırlayaraq deyir: "Xocalı faciəsindən sonra düşündüm ki, hərəkətə keçmək lazımdır, axı torpaqlarımız işğal edilmişdi. Döyüşlər mənim doğma yurdumda gedirdi, ermənilər kəndimizi bombalayırdı. Əmin idim ki, hər kəs əlindən gələni etsə, biz tezliklə torpaqlarımızı qaytara biləcəyik”.
Müharibə hamını dəyişir, yaddaşlarda, talelərdə dərin və silinməyən izlər buraxır. Müharibəni unutmaq mümkün deyil, hər gün onunla yaşamaq lazım gəlir.
Aliyə Piriyeva deyir: "İlk dəfə cəbhəyə yollandığım zaman qarşıma sanitar hissənin mayoru çıxdı. O, həmin vaxt mənə dedi: "Qızım, müharibə bir xəstəlikdir və qurtarmayınca, evə qayıtmaq mümkün olmur. Ən yaxşısı, sən başlamadan evə qayıt”. Həmin vaxt mən gənc idim və onun sözlərini başa düşmədim. Amma indi anlayıram ki, o, haqlı idi, mən artıq heç vaxt əvvəlki kimi olmayacağam”.
Müharibədə 701-ci kəşfiyyat rotasının tərkibində olan Aliyə Piriyeva həyatını riskə ataraq və kişilərlə çiyin-çiyinə bir çox hərbi əməliyyatlarda – Ağdərə, Ağdam, Kəlbəcər, Füzuli, Tərtər uğrunda döyüşlərdə iştirak etdi. 1993-cü ildə Murovdağ uğrunda döyüşlərdə ilk dəfə yaralandı və kontuziya aldı. İkinci dəfə Ağdam rayonunun Güllücə kəndi uğrunda döyüşlərdə ayağından və sol çiynindən yaralandı. Amma yaralar onu dayandırmadı. Müalicədən sonra Aliyə yenidən ordu sıralarına qayıtdı.
Aliyə xanımın doğma diyarına sonsuz sevgisini də qeyd etmək lazımdır. O deyir: "Başa düşdüm ki, bütün planetdə mənim üçün Azərbaycandan gözəl yer yoxdur. Şuşanı İsveçrə ilə, Kəlbəcəri isə Norveçlə müqayisə edirlər. Amma mən belə deyirdim: İsveçrənin gözəlliyi haqqında yalnız Şuşada olmayanlar danışa bilər. Bizim yurdumuz çox gözəldir! Bunu azərbaycanlı olduğum üçün demirəm. Həqiqətən də belədir! Kəlbəcərin təbii gözəlliyini gördükdən sonra hər hansı, hətta planetin ən mənzərəli yerləri də öz gözəlliyini itirir”.
Aliyə xanımın hiss etdiklərini emosional sözlərlə ifadə etmək çətindir. O, doğma torpağın təbiətindən danışanda gözlərində Vətənin hər bir guşəsinə səmimi və dərin sevgi hissləri yaranır, hər kəlməsində qəlbinin dərinliklərində olan sonsuz zəriflik və doğma məkana bağlılıq hiss edilir.
Qələbədən bəhs edən Aliyə xanım qürurla qeyd edir: "Zəfər Günü mənim üçün sanki yenidən doğulduğum gündür. Məndən nə vaxtsa Qarabağa qayıdağacağımıza inandığımı soruşanda, həmişə tam qətiyyətlə cavab verirdim: bəli, inanıram! Qarabağ hər gecə yuxuma girirdi. Həmin vaxt hiss etdiklərimi ifadə etmək çox çətindir. Müharibə bitdikdə, ilk dəfə ağladım. Biz qalib gəlmişdik. Həqiqətin və ədalətin təntənəsi baş vermişdi”.
Bu gün polkovnik Aliyə Piriyeva Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində şöbə rəisi vəzifəsində xidmət edir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Aliyə xanım bir çox mükafatlara layiq görülüb. Onların arasında hərbi xidmətlərə görə medalı, hərbi xidmətdə fərqlənməyə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar, qüsursuz xidmətə görə 2-cü və 3-cü dərəcəli medallar, hərbi əməkdaşlıqda xidmətlərə görə medal, "Vətən uğrunda” medalı da var. Aliyə Piriyeva Azərbaycanın "İgidliyə görə” medalı ilə təltif edilmiş yeganə qadınıdır.
Vətən müharibəsinin uğurla başa çatması regionda qüvvələr nisbətini dəyişdi, yeni reallıq yarandı. Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, beynəlxalq nüfuzu sayəsində bu gün ölkəmizin hər bir vətəndaşı, dünyanın bütün azərbaycanlıları alnıaçıq gəzirlər. 44 gün ərzində 30 illik işğala və ədalətsizliyə son qoyuldu. Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqın ordu ilə vəhdətini nümayiş etdirdi. Bu illər ərzində Şuşa, Ağdam məscidlərində yenidən azan səsləri yüksəlir, Qarabağ torpağında "Qarabağ şikəstəsi” səslənir. Bu torpaqlara həyat qayıdır. Yeni dövr başlayır.
Birinci Qarabağ müharibəsinin başlanmasından 30 ildən çox vaxt keçib, amma onilliklərdən sonra da əsgərlərimizin və zabitlərimizin rəşadəti azalmayıb. Qarabağ müharibəsində azərbaycanlı qadınların iştirakının əhəmiyyətini də qeyd etmək lazımdır: onların rəşadəti və igidliyi Qələbəyə böyük töhfə oldu. Qadınlarımız ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə qorxmazlıq və qəhrəmanlıq rəmzinə çevrildilər. Onların sədaqəti və igidliyi ilham mənbəyi olaraq Vətənə fədakar xidmət nümunəsi kimi həmişəlik xalqın yaddaşında qalacaq.
Xəbərin oxunma sayı : 658
Maraqlı
Xəbərlər
-
Selektiv abortlara şərait yaradılır? - Ekspertlərdən açıqlama
-
“Qarabağın Azərbaycan ərazisi olduğunu açıq şəkildə bildirmişik“ - İran Prezidenti
-
Bakıda 2 sərnişin avtobusu toqquşdu - 6 nəfər xəsarət aldı + FOTO
-
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi - VİDEO
-
Bu yağlar qanda laxtalanma riskini artırır - Xəbərdarlıq
-
Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... - VİDEO
-
Ermənistan polisi müxalifətçi deputatları geri qaytardı - SƏBƏB
-
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
-
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - İbrahim Rəisi
-
Problemləri inkar edən Fransa Afrikanı itirdi: Növbədə “xarici ərazilərdir“ (TƏHLİL)
-
Bizim energetika sahəsində çox böyük planlarımız var - Prezident
-
Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var
-
Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü?
-
“Bu, iki xalq üçün çox uğurlu bir görüşdür” - İbrahim Rəisi
-
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi
-
İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir - İlham Əliyev
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq - Leysan, şimşək, dolu...
-
Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi - FOTOLAR
-
Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü - FOTO
-
Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Nazirlikdən açıqlama
-
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
-
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
-
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...
-
Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB
-
Aygün Kazımovanı bir də belə görün - Fotolar
-
Çempionlar Liqasının 14 rekordçusu - SİYAHI
-
Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
-
“Hər il 10 minə yaxın tələbə diplom ala bilmir“ - VİDEO
-
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?
-
“Ukrayna ABŞ-dən Rusiyadakı hərbi obyektləri vurmaq üçün icazə alıb” – WSJ
-
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
-
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
-
Rəşad Nəbiyev Şəki şəhərində vətəndaşları qəbul edib - FOTO
-
Səudiyyə Ərəbistanında uzun illər sonra bir ilk - FOTO
-
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
-
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi - FOTO
-
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
-
Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
-
Zurabişvili “xarici agentlər“ haqqında qanuna VETO QOYDU
-
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO
-
“Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir“ - Lavrov
-
Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı - Nazir əmr imzaladı
-
Zəngilan məscidindən görüntülər - VİDEO
-
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - FOTO
-
“Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir“ - Lavrov
-
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - FOTO
-
“Bu ölkəni bu cür axmaqlar idarə edir” - Tramp
-
Qarabağ Universitetinin bukleti hazırlanıb - Fotolar
-
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib - Başqanın müavinləri məlum oldu
-
Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu - FOTOLAR
-
Şahdağa qar yağıb, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Ramiz Tahirovun yerinə təyin olunan general-mayor kimdir? - DOSYE
-
Buna cəhd edənlər əzilməlidir - Baxçalıdan sərt mesaj
-
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak etdi - FOTOlAR
-
Yağış yağacaq, dolu düşəcək – Sabahın havası
-
Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə üzvü həbs olunub - 2 üzv axtarışdadır
-
“Niva“nı yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu - Məhkəmə qərarı
-
“Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq“ - Türkiyə XİN
-
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır - Sənədlər təqdim olunacaq
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 22 nəfər həbs olunub
-
Həbsdəki generalın üzərindən ölüm ittihamı götürüldü – “Məni də ona görə qurbanlıq seçdilər...”
-
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR
-
Bu kartof çox təhlükəlidir - Xəbərdarlıq
-
General yüksək vəzifəyə təyin edildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
-
“Attestatla universitetlərə qəbul hələ gözlənilmir“ - Məleykə Abbaszadə
-
Yeni Kaledoniyada vəziyyət ağırlaşıb: “Fransa adada əlcəzairsayağı sülh istəyir“
-
“Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir“ - Baş Qərargah rəisi
-
“Ukrayna Rusiyanın neft emalı potensialının 14%-ni sıradan çıxarıb”– “Bloomberg”
-
Bəzi ərazilərinə qar yağıb, 7 dərəcə şaxta olub - FAKTİKİ HAVA
-
Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb - FOTO/VİDEO
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb - FOTO
-
Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı - VİDEO
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır - VİDEO
-
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO
-
Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir - VİDEO
-
Güney Azərbaycanda “Ana dilində danışaq” aksiyasına başlanılıb - VİDEO
-
Tarixin ən güclü “Bentley” modeli nümayiş etdirilib - FOTO
-
NATO-nun yeni hərbi bazası açıldı - Polşada
-
DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi etdi - FOTO
-
Demet Akalından Hande Erçelə - “Qız çöküb“
-
“Traktor“un səhmləri satışa çıxarılır - Qərar verildi
-
Yeni Kaledoniyada işğalçılara qarşı etirazlar davam edir - 163 nəfər saxlanıldı
-
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
-
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
-
Prezidentlər üçün naharda bu menyu hazırlandı - FOTO
-
Hikmət Hacıyev ABŞ prezidentinin müşaviri ilə görüşüb - FOTO
-
Rayonlara qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA
-
Azərbaycanda məktəb binası boşaldılır - Fəaliyyəti dayandırılacaq?
-
“Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq“ - Pentaqon
-
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu – FOTOLAR
-
“Necə geyinirəm, şəxsi işimdir” - Roza Zərgərli hirsləndi
-
Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti artıb - 120 milyon funt sterlinq
-
“Anadolu ankası- 2024“ beynəlxalq təlimləri başa çatıb - VİDEO
-
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
-
Sənədsiz evlərə “kupça“ veriləcək - Detallar
-
Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü
-
Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
-
Şengen vizasına ən çox bu ölkələrdən müraciət edilib - SİYAHI
-
Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOLAR
-
Həbs edilən generalın cəzası 9 ildən 6 ilə endirildi - “TƏRTƏR İŞİ”
-
“Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir“ - Zurabişvili
-
“MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər“ - Dövlət Xidməti
-
Türkiyə NATO ölkəsinə “Bayraktar“ PUA-ları satıb - İlk dəfə
-
Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi - FOTO
-
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
-
Azərbaycanda abortların statistikası açıqlandı - 15-17 yaş üzrə 68 fakt...
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentlər Cıdır düzündə - FOTOLAR
-
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
-
Cavanşir körpüsü sökülür - Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
-
Avropada mühacirətdə olmuş şəxs Bakıda həbs edildi - Mühacir alverində ittiham olunub
-
“Xarkovu ələ keçirməyi planlaşdırmırıq” - Putin
TOP 10
ARXİV