“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Yoxlasan babası lütün biri olub...“ - Deputatdan rüşvətə fərqli baxış

Tarix 24.11.26, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


“Maraqlar toqquşması haqqında” qanun layihəsi korrupsiyaya qarşı mübarizə, qanunsuz gəlirlərin aşkarlanması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

AzFakt.com xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

"Son dövrlər korrupsiyaya qarşı mübarizə çərçivəsində məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin qanunsuz yollarla əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohumlarının və yaxın çevrələrinin adına rəsmiləşdirməsi halları ilə rastlaşılır. Belə hallarda vəzifəli şəxslərin öz adlarına hər hansı əmlakın olmaması, hətta yaşayış evlərinin belə başqa şəxslərin adına rəsmiləşdirilməsi cəmiyyətdə haqlı narazılıq və ikrah yaradır", - o deyib.

Deputatın sözlərinə görə, bu baxımdan vəzifəli şəxslərin gəlir və əmlak bəyannamələrinin qabaqcadan təqdim edilməsi və şəffaf yoxlanılması mühüm əhəmiyyət daşıyır: “Bəzi şəxslər qanunsuz əldə etdikləri vəsaitlərin mənbəyini izah edərkən bunun guya əvvəlki dövrlərdən qaldığını, babalarından miras olduğunu bildirirlər. Halbuki həmin məlumatlar araşdırıldıqda göstərilən sərvətin real mənbəyi ilə bağlı ciddi suallar yaranır. Yoxlasan, babası lütün biri olubdur. Hesab edirəm ki, bəyannamə mexanizmi bütün bu məsələlərin şəffaf şəkildə üzə çıxarılmasına imkan verəcək”.

Deputat qanun layihəsinin digər mühüm tərəfinin ədalətli sahibkarlıq mühitinin qorunması olduğunu vurğulayıb. Bildirib ki, qanunsuz yollarla əldə edilmiş böyük maliyyə vəsaitlərinin müxtəlif biznes sahələrinə yönəldilməsi kiçik və orta sahibkarların rəqabət imkanlarını məhdudlaşdırır.

“Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan şəxslər oğurladıqları pulları ticarət, tikinti, fermer təsərrüfatları və digər sahələrə yatırmaqla kiçik və orta sahibkarlığın belini qırırlar. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş bankdan 23-24 faizlə kredit götürərək biznes qurmağa çalışır. Digər tərəfdə isə külli miqdarda qanunsuz vəsaitə sahib olan şəxs həmin pulları biznesə yönəldir, məhsulunu maya dəyərindən də aşağı qiymətə satmaq imkanına malik olur. Çünki onun üçün bu, qanuni sahibkarlıq fəaliyyəti deyil, qanunsuz əldə edilmiş vəsaitlərin dövriyyəyə buraxılması vasitəsidir”, – deyə deputat bildirib.

O əlavə edib ki, bu cür qeyri-bərabər rəqabət xüsusilə kənd yerlərində sahibkarlığın inkişafına mane olur, minlərlə insanın biznes fəaliyyəti ilə məşğul olmaq imkanlarını məhdudlaşdırır.

Komitə sədri qanun layihəsinin korrupsiya münasibətlərində yalnız rüşvət alan tərəfin deyil, rüşvət təklif edən şəxslərin də məsuliyyətinin və rolunun nəzərə alınması baxımından əhəmiyyətinə toxunub.

“Biz bu məsələdə hər iki tərəfi nəzərə almalıyıq. Məmura təklif edən də var. Əgər rüşvət təklif olunmasa, məmur onu haradan alacaq? Rüşvət təklif edən tərəfi də qınamalı, cəmiyyətə düzgün mesaj verməliyik. Övladını lazımi bilik və bacarıqları, peşəkar hazırlığı olmadan hansısa vəzifəyə gətirmək üçün kiməsə pul təklif etmək, hədiyyələr vermək yolverilməzdir. Bu, təkcə dövlətə deyil, həmin rayonun, qurumun və bütövlükdə idarəetmə sisteminin fəaliyyətinə zərər vurur”, – deyə o vurğulayıb.

Çıxışında korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsi məsələsinə də toxunan deputat bildirib ki, bu istiqamətdə əvvəllər qəbul edilmiş qanunvericilik mexanizmləri yeni qanun layihəsinin məntiqi davamı kimi qiymətləndirilə bilər.

O qeyd edib ki, korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsi, təhlükəsizliyinin təmin edilməsi və onların təşviq olunması korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsidir.



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap