“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Dövlət müəssisəsi dostlar klubu deyil” - Deputatdan qohumbazlığa etiraz

Tarix 24.11.26, 14:32

Font ölçüsü : - / +
bitmap-img6


“Bizdə bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir. Qohumlar, dostlar, tanışlar irəli çəkilir, illərlə həmin qurumda çalışan peşəkar insanlar isə gözümçıxdıya salınır, sıxışdırılır, hətta işdən getməyə məcbur edilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir? Məsələ heç də məmurun qohumunun vəzifəyə təyin edilməməsi deyil. Onun da işləmək, yüksəlmək və uğur qazanmaq hüququ var. Məsələ odur ki, o, həmin vəzifəyə öz biliyi və bacarığı ilə gəlib, yoxsa qohumunun səlahiyyətləri hesabına?

Bu qanun həm də cəmiyyətdə geniş yayılmış “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” düşüncəsini dəyişməyə xidmət etməlidir. Valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəltmək üçün adam axtarmaq barədə də düşünməməlidir. Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox.

Qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də mənəvi və psixolojidir. Haqqı tapdalanan insanın dövlətə, ədalətə və öz gələcəyinə inamı azalır. Bacarıqlı insanlar həvəsdən düşür, ölkədən getmək istəyir, bacarıqsız insanlar isə himayədar axtarmağı uğur qazanmağın yolu hesab edirlər.

Bir də məsələnin əks tərəfi var. Maraqlar toqquşması yalnız kiməsə qanunsuz üstünlük vermək deyil, şəxsi münasibətlərə görə kimisə qanuni imkanlardan məhrum etməkdir. Məmurun xoşlamadığı, onu tənqid edən, onunla şəxsi münasibətləri yaxşı olmayan insanın hüquqları da eyni dərəcədə qorunmalıdır. Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır.

Biz qanun qəbul etməklə yanaşı, idarəçilik fəlsəfəsini də dəyişməliyik. Vəzifəyə təyin olunan şəxs anlamalıdır ki, ona qohumlarının, dost-tanışlarının güzəranını yaxşılaşdırmaq deyil, xalqın problemlərini həll etmək üçün səlahiyyət verilib. Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil. Bu qanunun nəticəsini o zaman görəcəyik ki, vətəndaş işə düzəlmək, vəzifədə yüksəlmək, sahibkarlıqla məşğul olmaq və öz haqqını almaq üçün daha qapı-qapı düşüb adam axtarmayacaq. Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır”, - deputat bildirib.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap