“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta mesajlar göndərirlər - XƏBƏRDARLIQ

Tarix 17.11.26, 18:54

Font ölçüsü : - / +
bitmap-img6


Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları “Azərpoçt” MMC-nin adından istifadə edilməklə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdar edir.

AzFakt.com agentliyə istinadən xəbər verir ki, əldə olunan məlumatlara əsasən, kiberdələduzlar xarici nömrələr vasitəsilə istifadəçilərə “Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta SMS mesajları göndərirlər. Mesajlarda poçt indeksinin qeyd edilməməsi səbəbindən “dəyərli əşya” kimi təqdim olunan bağlamanın çatdırılmasının mümkün olmadığı bildirilir və ünvan məlumatlarının müəyyən edilmiş tarix və saata qədər yenilənməsi tələb olunur.

İstifadəçilərə psixoloji təzyiq göstərmək məqsədilə mesajlarda əlavə xidmət haqlarının tutulacağı, bağlamanın 72 saat ərzində göndərənə qaytarılacağı və geri qaytarılma xərclərinin alıcının üzərinə düşəcəyi qeyd edilir.

Fişinq mesajlarında “çatdırılma ünvanını təsdiqləyin” adı altında “ASAN Pay” xidmətinin adına bənzədilmiş saxta keçidlərdən (məsələn, asanvpay[.]cyou) istifadə olunur. Eyni zamanda, bildirişin təsdiqlənməsi üçün istifadəçilərdən mesaja “1” cavabını göndərmək tələb edilir. Bu üsul istifadəçinin aktiv nömrədən istifadə etdiyini müəyyənləşdirmək və onu saxta keçidə yönləndirmək məqsədi daşıyır.

Saxta keçidə daxil olduqda istifadəçilərdən çatdırılma ünvanı, ad, soyad və mobil telefon nömrəsi kimi fərdi məlumatları təqdim etmək, növbəti mərhələdə isə guya çatdırılma xidmət haqqının ödənilməsi üçün bank kartı məlumatlarını daxil etmək tələb olunur. Nəticədə əldə edilən kart məlumatları vasitəsilə vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsi riski yaranır.

MKA vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

“Azərpoçt” və digər rəsmi qurumların adından göndərilən bildirişlərin mənbəyini yoxlayın. Xarici ölkə kodlarına malik naməlum nömrələrdən göndərilən mesajlara şübhə ilə yanaşın.

SMS və ya messencerlər vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın. Xüsusilə .cyou, .top, .xyz və digər şübhəli domenlərə diqqət yetirin.

Naməlum nömrələrdən gələn mesajlara “1”, “Bəli” və ya digər təsdiq cavabları göndərməyin.

“Azərpoçt”, “ASAN Pay” və digər xidmətlərin rəsmi veb-saytlarına daxil olarkən domen adlarının düzgünlüyünü yoxlayın.

Şübhəli veb-səhifələrdə şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərinizi (kart nömrəsi, bitmə tarixi, CVV/CVC kodu) və SMS vasitəsilə göndərilən birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.

Bağlamaların statusunu yalnız “Azərpoçt”un rəsmi veb-saytı (azerpost.az), ödənişləri isə “ASAN Pay”in rəsmi platforması (asanpay.az) vasitəsilə yoxlayın və həyata keçirin.

Bank kartı məlumatlarınızı şübhəli səhifədə daxil etmisinizsə, dərhal bankınızla əlaqə saxlayaraq kartın bloklanmasını təmin edin və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verin.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap