“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi

Tarix 17.11.26, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda supermarketlərdən birinin seyfindən 1492 manat oğurlayan məktəbli barəsində hökm çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, 2010-cu il təvəllüdlü S.E. Xəzər rayonunun Binə qəsəbəsində törətdiyi oğurluğa görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib.

S.E. sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi ümumtəhsil internat məktəbinin 11-ci sinif şagirdidir. Onun eşitmə qabiliyyətinin tamamilə məhdud olduğu və nitq pozuntusunun olduğu da müəyyən edilib.

Hadisə 2026-cı ildə Binə qəsəbəsində yerləşən supermarketdə baş verib. S.E. axşam saatlarında marketə daxil olaraq ikinci mərtəbədəki müdir otağına keçib. Daha sonra seyfin yerləşdiyi otağa daxil olub. Əvvəlcə seyfi açmağa çalışsa da, buna nail ola bilməyib.

O, müdir otağındakı siyirmədən seyfin açarını götürərək geri qayıdıb və seyfdən 1492 manat nağd pul götürüb. Hadisə cəmi altı dəqiqə ərzində – saat 20:56-dan 21:02-dək baş verib.

Məhkəmədə ifadə verən S.E. əməlini etiraf edib. O bildirib ki, anası körpəlikdən onu və kiçik bacısını atıb, atası isə onlara baxmaqdan imtina edib. Hazırda bacısı ilə birlikdə ata nənəsinin himayəsində yaşayır.

Oğurladığı pulun 5 manatına dönər aldığını deyən S.E. qalan vəsaiti hara xərclədiyini xatırlamadığını bildirib.

Zərərçəkmiş şirkətin nümayəndəsi məhkəmədə S.E.-dən şikayət və tələblərinin olmadığını deyib. Onun sözlərinə görə, dəymiş 1492 manat zərərin 62 manatı geri qaytarılıb. Şirkət nümayəndəsi yeniyetmənin sağlamlıq vəziyyətini və ailə durumunu nəzərə alaraq ona qarşı tələb irəli sürmədiklərini bildirib.

Məhkəmə S.E.-nin əməlini etiraf etməsini, peşmanlığını, yetkinlik yaşına çatmamasını, eşitmə məhdudiyyətini, ailə vəziyyətini, ziyanın bir hissəsinin ödənilməsini və zərərçəkmiş tərəfin şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Nəticədə S.E.-yə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Hökmə əsasən, o, axşam saat 19:00-dan səhər saat 07:00-dək yaşadığı ünvanı tərk edə bilməz. Həmçinin elektron nəzarət vasitəsi daşımalı, Bakı şəhərinin ərazi hüdudlarından kənara çıxmamalı və məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməməlidir.

Hökmün icrasına Bakı Şəhər Probasiya İdarəsi nəzarət edəcək.



Xəbərin oxunma sayı : 367




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap