| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
Tarix 10.10.26, 12:10 |
|
Azərbaycanda mənzil alanların böyük əksəriyyəti daha münasib qiymət seqmentinə üstünlük verir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə görə, 2025-ci ildə ölkədə satılan mənzillərin 84,8 faizi 200 min manatdan aşağı qiymətə alınıb. Bununla yanaşı, bazarın kiçik bir hissəsini yüksək qiymətli mənzillər təşkil edir. Belə ki, ötən il bir milyon manatdan baha qiymətə 42 mənzil satılıb və onların hamısı Bakıda yerləşib. 500 min-bir milyon manat aralığında satılan 373 mənzilin də hamısı paytaxtın payına düşüb.
Maraqlıdır, qiyməti milyon manatlarla ölçülən bu mənzilləri fərqləndirən nədir?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Dörd min manatdan 14 minə qədər
Daşınmaz əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, bu gün premium seqment dedikdə ilk ağıla gələn ünvanlardan biri Ağ Şəhərdir. Onun sözlərinə görə, hazırda bu ərazidə yerləşən yeni tikililərdə 1 kvadratmetrin qiyməti 4 000 manatdan başlayır və bəzi layihələrdə 14 000 manata qədər yüksəlir: “Ağ Şəhərlə yanaşı, “Nəriman Nərimanov” metrostansiyası ətrafı, Hüseyn Cavid prospekti, Şəfaət Mehdiyev küçəsi, Sahil və Xətai metrolarının ətrafı, Elmlər Akademiyası istiqaməti, 28 May, Kubinka, Port-Baku ətrafı və Bayıl zonası da premium ərazilər sırasında yer alır. Bu ərazilərdə də mənzillərin qiymətləri kifayət qədər yüksəkdir. Belə ki, 1 kvadratmetrin qiyməti binanın səviyyəsindən asılı olaraq 3 000 manatdan başlayır, bəzi layihələrdə 5 000, ayrı-ayrı obyektlərdə isə 7 000 manata qədər yüksəlir”.
Bu mənzillər niyə bahadır?
Ekspert bildirir ki, premium mənzilləri digərlərindən fərqləndirən əsas amillər sadəcə təmir və ya ad deyil: “İlk növbədə, yeni tikilən premium binalarda müasir şəhərsalma qaydalarına ciddi şəkildə əməl olunur. Əvvəlki illərdə tez-tez rastlaşdığımız o boğucu sıxlıq bu layihələrdə yoxdur. Binaların yerləşməsindən tutmuş günün düşmə bucağına, istifadə olunan fasad və izolyasiya sistemlərinə qədər hər bir detal həm uzunmüddətli istismar, həm də sakinlərin maksimum komfortu üçün xüsusi hesablanır. Lakin yüksək qiymətlərin səbəbi yalnız mənzilin komfortu və layihənin keyfiyyəti ilə bağlı deyil. 2020-ci ildən etibarən şəhərsalma qaydaları və inzibati tələblər daha sərt tətbiq edilməyə başlanıb. Bu da tikinti əmsallarının azalmasına səbəb olub. Əgər əvvəllər bir hektar ərazidə 60-65 min kvadratmetr inşa etmək mümkün idisə, indi bu rəqəm 20-22 min kvadratmetrə düşüb. Bu isə torpağın dəyərinin tikilən sahənin hər kvadratmetrinə düşən payını artırıb. Bununla yanaşı, vergi qanunvericiliyindəki dəyişikliklər də tikinti xərclərinin artmasına təsir göstərib. Əvvəllər tikinti sektorunda sadələşdirilmiş vahid vergi sistemi mövcud idisə, hazırda şirkətlər 20 faiz mənfəət vergisi və 18 faiz əlavə dəyər vergisi ödəyirlər. Bu da hər kvadratmetr üçün vergi yükünü xeyli artırıb”.
Zəngin alıcıların investisiya marağı
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirir ki, son illərdə daşınmaz əmlak sektorunda “premium” anlayışı kifayət qədər geniş yayılıb: “İmkanlı şəxslər bir əmlakla kifayətlənmirlər, vaxtaşırı olaraq öz investisiyalarını müxtəlif daşınmaz əmlak obyektlərinə yönəldirlər. Xüsusilə tikinti şirkətləri tərəfindən daxili kreditlə, bir neçə il ərzində ödəniş imkanı yaradan şərtlərlə satılan mənzillər böyük maraq kəsb edir”.
Lüks mənzillərin xəritəsi
Ekspertin sözlərinə görə, hazırda paytaxtda premium layihələrin kütləvi şəkildə inşa olunduğu əsas mərkəzlərdən biri Ağ Şəhər layihəsidir: “Bu ərazidə olan binalar qiymətinə, yerləşməsinə və tikinti keyfiyyətinə görə tam mənada premium standartları əks etdirir. İkinci böyük mərkəz isə “Sea Breeze” zonasıdır. Hazırda orada 20-dən çox fərqli inşaat layihəsi həyata keçirilir və bu layihələr ayrı-ayrı developer şirkətlərinə məxsusdur. “Sea Breeze”də satış aktivliyi daha yüksəkdir, çünki dənizkənarı, ikinci sıra və dənizdən nisbətən aralıda olan layihələrin çoxluğu kəskin rəqabət yaradıb. Hətta bu rəqabət səbəbindən mənzillərin ilkin ödənişsiz şərtlərlə satışına da rast gəlinir. Bunlardan əlavə, Bakının mərkəzə yaxın əraziləri də bu seqmentdə xüsusi paya sahibdir. Azadlıq prospekti, Vaqif prospekti, Bakıxanov küçəsi ətrafı və Bayıl qəsəbəsində az sayda olsa da, yerləşməsinə və keyfiyyətinə görə premium sinfin tələblərinə cavab verən komplekslər var”.
“Premium sinfinin özünəməxsus tələbləri var”
Mütəxəssis qeyd edir ki, hazırda bazarda təklif olunan premium yaşayış komplekslərində 1 kvadratmetr üçün başlanğıc qiymətlər təxminən 1 800-2 000 dollardan başlayır. Onun sözlərinə görə, bu start qiymət həddi həm “Sea Breeze” ərazisindəki layihələrdə, həm də Bakı şəhərinin daxilində yerləşən elitar komplekslərdə eyni səviyyədə təklif olunur.
Mütəxəssis vurğulayır ki, premium sinfin özünəməxsus tələbləri var və buraya ilk növbədə konfidensiallıq, məhrəmlik və az sıxlıqlı yaşayış mühiti daxildir: “Ağ Şəhərdə bu prinsip nisbətən qorunur. Bir mərtəbədə cəmi 3-4, bəzi hallarda maksimum 5 qonşu yerləşir. Yəni adı premium kimi hallandırılsa da, bu sinfin tələblərinə cavab verməyən layihələrə də rast gəlinir. Bəzi istehlakçılar buna önəm verməsələr də, həqiqi premium anlayışının özünəməxsus meyarları var və komplekslər məhz bu standartlara uyğun tikilməlidir”.
Təhlillər göstərir ki, bir milyon manatdan baha olan mənzillərin satışı kütləvi mənzil bazarından köklü şəkildə fərqlənir. Bu mənzillərin böyük hissəsi kütləvi elan saytlarına çıxarılmır, rieltorların və agentliklərin xüsusi VIP alıcı bazaları vasitəsilə, məxfi təqdimatlarla satılır. Sıravi mənzillər bir-iki aya satıldığı halda, milyonluq mənzillərin alıcı auditoriyası məhdud olduğu üçün onların bazarda qalma müddəti altı aydan iki ilə qədər çəkə bilir. Eyni zamanda, bu seqmentdə qiymətlər fərdi danışıqlar əsasında müəyyənləşdiyi üçün yekun əqdlərdə ciddi endirimlər almaq mümkün olur.
Xəbərin oxunma sayı : 754
Sosial
Xəbərlər
-
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
-
Yeni təyin olunan hakim şəhid qardaşıdır - FOTO
-
“Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik“ - Pezeşkian
-
Azərbaycanda 33 milyonluq şirkət yaradıldı - Qanuni təmsilçisi kimdir?
-
“Putinin 10 ildir edə bilmədiyini mən iki gündə etdim” - Tramp
-
Zakir Quliyev məşhur obyektini satışa çıxardıb -10 milyon dollara
-
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı - Zelenski od püskürdü...
-
Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik
-
Pakistan döyüş təyyarələri husiləri vurub - “The New York Times”
-
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
-
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir - “The Telegraph”
-
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur - Təfərrüat
-
Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM
-
Masazırda 4 avtomobil yanıb kül oldu - VİDEO
-
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
-
Süni intellekt bəşəriyyəti öz ssenarisi ilə məhv edə bilər - Xəbərdarlıq
-
Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi
-
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
-
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO
-
Çindən avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir?
-
Astara rayonunda sitrus bağları susuz qalıb - VİDEO
-
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı - FOTO
-
“Sabah“ azarkeşlərə müraciət etdi - “Xüsusi avtobus marşrutları təşkil olunacaq“
-
Beyləqanda şagirdlər hazırladıqları qidadan zəhərləniblər – Fotolar
-
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: - Vəfa Şərifovanın qardaşına 7 min manat ödəyəcək
-
Xəzərin dayazlaşması həm də çay axınının azalması ilə bağlıdır - Prezident
-
Bakıda bu yollar üç gecə bağlı olacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyət verildi - Dəyişiklik
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında görüş keçirildi - FOTOLAR
-
Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb - Bakı neçənci yerdədir?
-
Məktəblərdə elektron sistemlər yenilənir - MİLYONLUQ LAYİHƏ
-
Prezident Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır” - “The New York Times”
-
Bu gün Bakıya güclü yağış yağacaq - Sel riski olan ərazilər açıqlandı
-
Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda şok oğurluq
-
Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı
-
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
-
Preident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - FOTOLAR
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - RƏSMİ AÇIQLAMA
-
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır“ - Prezident
-
“Makler” “Real MTK”-dan mənzil sataraq dələduzluq etdi, İlham Qasımov dindirildi - MƏHKƏMƏ
-
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
-
Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir - Prezident
-
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - Yeni təyinatlar
-
Binəqədidə 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 133 dolları ötdü
-
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
-
İlham Əliyev iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə getdi - Fotolar
-
Bakının mərkəzində yeni yolun çəkilişi niyə ləng gedir? - VİDEO
-
Moskvaya uçan 10-dan çox təyyarə ehtiyat hava limanlarına yönləndirilib - TASS
-
Trampın sülh səylərinin Nobel mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - Prezident
-
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
-
Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir
-
İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO
-
Sinif yoldaşını öldürən şəxsə “dəlilik“ kağızı hazırlanır? - VİDEO
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb - İşgəncələrlə bağlı
-
Azərbaycanlılar Hindistandan mal əti gətirirlər - 4 manata
-
London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi
-
Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır
-
Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü
-
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu - VİDEO
-
Səs-küy yaradan 23 motosiklet sürücüsü məsuliyyətə cəlb edildi - Video
-
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur - Rəsmi
-
“Vətənpərvərlər“ İctimai Birliyinin sədri həbs edildi - SƏBƏB
-
Sabah leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir
-
AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO
-
Dövlət sərhədini pozmağa cəhd etdilər - Saxlanıldılar
-
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam“
-
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir“ - Milli Məclis
-
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
-
Nazirlikdəki mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
-
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı
-
Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?
-
Prezident ona yüksək vəzifə verdi - DSK-nın sədr müavini dəyişdi + DOSYE
-
Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO
-
Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılacaq - TƏSDİQLƏNDİ
-
Putin “General Armageddon”u müharibəyə cəlb etdi - Qarşısına bu tapşırığı qoydu
-
Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR
-
“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
-
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
-
Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - FOTO
-
Heyvan kəsiminə çəki və yaş həddi qoyulur - Ət bazarında QITLIQ yarancaq?
-
Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
-
Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi
-
Barəsində cinayət işi olan məktəb direktoru nazirlik tərəfindən mükafatlandırıldı - Qarşı tərəf xəbəri təkzib edir
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
-
Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO
-
“Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır“ - İlham Əliyev
-
Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək
-
Abşeronda işdən çıxarılan xəstəxana əməkdaşı baş həkimin müavinini bıçaqladı - TƏFƏRRÜAT
-
“Golden Street“ hotelinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
-
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - Prezident
-
Hörmüzdən gündə 20 milyon barel neft keçir - CENTCOM
-
Dövlət xidmətində qanunsuz əməllər - Cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
-
Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib“? - DETALLAR
-
İlham Əliyev “Avaza” Kompleksində qarşılandı - VİDEO
-
Suriya husilərə qarşı müharibəyə qoşulur? - Dəməşqdən açıqlama
-
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Prezident Türkmənistanda işgüzar səfərdədir - FOTOLAR
-
AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - ŞİKAYƏT
-
Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər - Tramp
-
Bakıxanov qəsəbəsində abadlıq işləri niyə yarımçıq dayandırılıb? - VİDEO
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir?
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Ronaldo Messinin gedişini belə şərh etdi - “Səni qucaqlayıram...”
-
“Piano Hall“ şadlıq evində xoşagəlməz mənzərə - FOTOLAR
-
Bu yol da təmirə bağlanacaq - Xəbərdarlıq
-
“Avropanı çətin payız və qış gözləyir“ - Robert Fitso
-
Minlərlə müəllim işsiz qala bilər - Bunu heç kim gözləmirdi...
-
Bu il qızıl nə qədər ucuzlaşıb? – Son məlumat
-
Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb - Peskov
-
Heyvanların erkən kəsilməsi qadağan olunur - Ətin qiyməti necə dəyişəcək?
-
Baş prokuror Gəncədə vətəndaşları qəbul etdi - Fotolar
TOP 10
ARXİV






