“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik

Tarix 10.10.26, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən yeni lüks sinfə aidyolsuzluq maşınının satın alınması həyata keçirilir. 

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən satınalmanın ehtimal olunan qiyməti 151.980,00 AZN təşkil edir.

Tender şərtlərinə əsasən, 2026-cı il və ya daha yeni buraxılışlı, 0 km vəziyyətdə olan qara rəngli SUV tipli nəqliyyat vasitəsi 2.4 litrlik turbo benzin mühərrik (minimum 260 at gücü), 8-pilləli avtomatik sürətlər qutusu və 4x4 tam ötürücü sistemi ilə təchiz olunmalıdır. Avtomobilin texniki tələblərinə rama tipli şassi, 18 düymlük yüngül lehimli disklər, panoramik dam, dəri qızdırıcılı sükan, 12 düymlük multimedia və ön proyeksiya displeyləri (HUD), eləcə də geniş təhlükəsizlik və komfort paketləri (Toyota Safety Sense, multi-terrain select və s.) daxildir.
Eyni zamanda, təchizatçı tərəfindən ehtiyat hissələrinin təchizatı, texniki servis xidmətləri təmin edilməli və avtomobilin DİN-in Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) dövlət qeydiyyat nişanı ilə sənədləşdirmə işləri həyata keçirilməlidir.

Xatırladaq ki, “Azərterminalkompleks” Birliyinin rəhbəri (direktoru) general-mayor Kənan Aşurludur.



Xəbərin oxunma sayı : 925




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap