“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Baş prokuror Gəncədə vətəndaşları qəbul etdi - Fotolar

Tarix 07.10.26, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

“Qafqazinfo” xəbər verir ki, bu gün Baş prokuror Kamran Əliyev Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra Baş prokuror Gəncə Memorial Kompleksini ziyarət edib, memorial lövhənin önünə gül dəstələri qoyub.

Qəbulda iştirak etmiş 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Gəncə şəhərində xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuş, yeni xidməti mənzillər istifadəyə verilib.

Baş prokuror mənzillərə baxış keçirərək yaradılmış şəraitlə tanış olub, əməkdaşların sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Baş prokuror yaradılmış şəraitin dövlət başçısı İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğunu qeyd edib, göstərilən diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, həyata keçirilən tədbirlər regionlarda xidmət aparan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli və layiqincə yerinə yetirmələri üçün zəruri şəraitin təmin olunmasına xidmət edir.

Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və xidmət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.









Xəbərin oxunma sayı : 271




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap