“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Heyvanların erkən kəsilməsi qadağan olunur - Ətin qiyməti necə dəyişəcək?

Tarix 07.10.26, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müəyyən çəkiyə çatmamış kənd təsərrüfatı heyvanlarının kəsilməsinə yol verilməməlidir. Heyvanların növləri və cinsləri üzrə kəsim üçün yol verilən minimum çəki və yaş hədlərini səlahiyyətli orqan müəyyən edəcək.

Heyvandarlıqla, heyvan və heyvan mənşəli məhsulların satışı ilə məşğul olan, eləcə də baytarlıq xidmətləri göstərən fiziki və hüquqi şəxslərin vəzifələri sırasında bu hədlərə riayət edilməsi də yer alır.

Sənəddə heyvanların daşınmasına dair tələblər də nəzərdə tutulur. Daşınma onların sağlamlığına zərər vurmayan və daşınmadan yaranan gərginliyi minimuma endirən üsul və vasitələrlə həyata keçirilməlidir.

Layihədə minimum çəki və yaş hədlərinin konkret rəqəmləri göstərilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirmişdi ki, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir.

Açıklama yok.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı bildirib ki, qanun layihəsinin əsas məqsədi bazarda ət bolluğu yaratmaqdır. Onun sözlərinə görə, erkən kəsimin qarşısının alınması heyvanların məhsuldarlıq potensialından daha səmərəli istifadə etməyə imkan verə bilər:

"Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda bəzi heyvanlar potensial məhsuldarlığına çatmadan, çox erkən yaşda və aşağı çəkidə kəsilir. Məsələn, bir quzu 10-12 kiloqram çəkiyə çatanda kəsilə bilər. Halbuki həmin heyvan saxlanılaraq 20-25 kiloqrama qədər böyüdülə bilərdi. Bu halda eyni sayda heyvandan bazara çıxarılan ət həcmi də əhəmiyyətli dərəcədə çoxalar. Erkən kəsim isə təkcə ət istehsalının həcminə deyil, ümumilikdə heyvanların sayına və heyvandarlığın inkişafına da təsir göstərir. Qanun layihəsi də məhz bu problemin aradan qaldırılmasına yönəlib. Amma burada çox mühüm bir məqam var: hələlik qanun layihəsində konkret yaş və çəki hədləri müəyyən edilməyib. Ona görə də yeni tələbin real iqtisadi təsirini indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki müəyyən ediləcək minimum çəki və yaş həddi nəticənin necə olacağını birbaşa dəyişə bilər.

Məsələn, minimum çəki 6 kiloqram müəyyən edilərsə, bunun bazara ciddi təsiri olmayacaq. Çünki onsuz da heyvanların böyük hissəsi bu çəkidən aşağı kəsilmir. Amma minimum hədd 12-13 kiloqram və ya daha yüksək müəyyənləşdirilərsə, yaxud heyvanların müəyyən yaşa çatmadan kəsilməsi qadağan edilərsə, artıq bazarda tamam fərqli proseslər baş verə bilər".

İqtisadçı hesab edir ki, yeni məhdudiyyət qısa müddətdə ət təklifinin azalmasına və bunun fonunda qiymət artımına səbəb ola bilər:

"Bu səbəbdən hazırda mexanizmin bütün detalları müəyyənləşmədən konkret nəticə söyləmək çətindir. Lakin ümumi olaraq belə bir məhdudiyyətin qısamüddətli dövrdə bazara çıxarılan ət həcmini azaltmaq ehtimalı var. Təklifin azalması isə qısa müddətdə qiymətlərin artmasına səbəb ola bilər.

Digər tərəfdən, uzunmüddətli perspektivdə proses tamamilə əks istiqamətdə inkişaf edə bilər. Heyvanların daha uzun müddət saxlanılması, daha yüksək çəkiyə çatdırılması və damazlıq potensialından istifadə edilməsi heyvandarlığın məhsuldarlığını artıra bilər. Heyvan erkən kəsilmədikdə onun gələcəkdə bala verməsi və sürünün artırılmasında istifadə olunması imkanları da yüksəlir.

Bundan əlavə, bir heyvandan 8-9 kiloqram ət əldə etməklə 20-25 kiloqram ət əldə etmək arasında ciddi fərq var. Yəni eyni heyvanın daha səmərəli yetişdirilməsi nəticəsində bazara daha çox məhsul çıxarmaq mümkündür. Bu baxımdan uzunmüddətli dövrdə heyvandarlıq təsərrüfatlarının səmərəliliyi arta, ət istehsalı və bazardakı təklif çoxala bilər. Nəticədə qiymətlərin sabitləşməsi üçün də daha əlverişli şərait yarana bilər.

Lakin bütün bunların baş verməsi birbaşa fermerin iqtisadi marağından asılıdır. Əgər heyvanı daha uzun müddət saxlamaq, yemləmək və kökəltmək fermer üçün iqtisadi baxımdan sərfəli olmayacaqsa, onun bu tələblərə əməl etmək və ümumiyyətlə heyvandarlıqla məşğul olmaq marağı azala bilər. Buna görə də minimum yaş və çəki hədləri müəyyən edilərkən yalnız heyvanların qorunması və ət təklifinin artırılması deyil, fermerin xərcləri və gəlirliliyi də nəzərə alınmalıdır.

Yəni bu məsələdə əsas məqam müəyyən ediləcək yaş və çəki hədləridir. Həmin meyarlar düzgün seçilərsə, qısamüddətli dövrdə müəyyən qiymət təzyiqi yaransa belə, uzunmüddətli perspektivdə heyvanların sayının və məhsuldarlığının artmasına, ət istehsalının genişlənməsinə və bazarda təklifin çoxalmasına səbəb ola bilər.

İstənilən halda, qanun layihəsinin əsas məqsədi heyvanların vaxtından əvvəl kəsilməsinin qarşısını almaq, heyvan sayını artırmaq və nəticə etibarilə bazarda ət bolluğu yaratmaqdır".



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap