“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi

Tarix 07.10.26, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Narkoloji müayinə sənədini saxtalaşdıraraq dövlət portalına göndərməkdə ittiham olunan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə Bakıda baş verib.

Təqsirləndirilən şəxs taksi minik avtomobili ilə sərnişin daşınması üçün müvafiq icazənin alınması məqsədilə sürücü narkoloji müayinədən keçmədiyi halda onun adına narkoloji müayinənin nəticələrini əks etdirən saxta sənəd hazırlayıb.

Müttəhim özünə məxsus mobil telefon və “HP” markalı noutbukdan istifadə etməklə “Snapshot” proqramı vasitəsilə əvvəllər başqa sürücü üçün hazırlanmış və narkoloji müayinənin nəticələrinin əks olunduğu elektron sənədi “copy-paste” üsulu ilə PDF formatında nüsxələyib.

Daha sonra sənəddə sürücünün ad, soyad və ata adı məlumatlarını dəyişərək “THC”, “TML”, “PGB”, “MTD” və “MOP” tərkibli narkotik vasitə və psixotrop maddələrin aşkar edilmədiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirib.

Təqsirləndirilən şəxs saxtalaşdırdığı sənədi həmin şəxsin taksi fəaliyyəti ilə məşğul olmasına imkan yaradılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “e-operator.ayna.gov.az” portalına göndərib.

Məhkəmədə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.

O, ifadəsində avtomobilləri taksi fəaliyyəti ilə məşğul olan şəxslərə verdiyini və bundan gəlir əldə etdiyini bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, narkoloji müayinənin nəticəsi olmadığı halda AYNA tərəfindən fəaliyyətə icazə verilmədiyi üçün sənədi saxtalaşdırıb.

Müttəhim saxta sənədin hazırlanmasını heç kimin ondan xahiş etmədiyini, bunu avtomobilin taksi kimi idarə edilməsində fasilə yaranmaması üçün etdiyini deyib.

Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini istəyib.

Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 320.1-ci maddəsində (hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma, belə sənədi hazırlama, satma və ya saxta sənəddən istifadə etmə) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə 3 min manat məbləğində cərimə cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 553




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap