“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qazaxıstan Rusiyadan vətəndaşlarını tələb edir - Müharibəyə aparılıblar

Tarix 07.10.26, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstan Rusiyadan vətəndaşlarını tələb edir - Müharibəyə aparılıblar
Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiyanın döyüş bölgəsində olan vətəndaşlarının geri qaytarılması üçün rəsmi Moskva ilə intensiv məsləhətləşmələr həyata keçirir. Ukrayna mənbələri isə minlərlə Qazaxıstan vətəndaşının Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını bildirir.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Janbolat Usenov ölkəsinin vətəndaşlarının döyüş bölgəsindən geri qaytarılması istiqamətində Rusiya tərəfi ilə danışıqlar apardıqlarını təsdiqləyib. Nazirlikdən bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlərə maksimum ciddi yanaşılır və lazımi tədbirlər görülür.

Məsələ bir qrup gənc Qazaxıstan vətəndaşının sosial şəbəkələrdə evlərinə qayıtmaq üçün kömək istədikləri video-müraciət yaymasından sonra gündəmə gəlib. Qohumlarının "Azattyq Asia"ya verdiyi məlumata görə, həmin şəxslər Rusiyaya işləmək məqsədilə gediblər, lakin aldadılaraq Ukraynadakı müharibə zonasına göndəriliblər.

Mövcud geolokasiya məlumatları onların hazırda Luqansk vilayətinin şimalında yerləşdiyini və hər an döyüşə atılmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını göstərir.

Vəziyyətin ciddiliyini nəzərə alan Qazaxıstan XİN dərhal diplomatik kanalları hərəkətə gətirib. Xarici İşlər Nazirliyi Rusiya tərəfinə rəsmi nota ünvanlayaraq Qazaxıstan vətəndaşlarının, o cümlədən Kursk vilayətində işləyərkən şərtlərdən şikayətləndikdən sonra hərbi komissarlığa aparılaraq məcburi müqavilə imzalamağa məcbur edilən Miras Taşarganovun geri qaytarılmasına kömək istəyib.

Xarici işlər naziri Rusiya müvəqqəti işlər vəkili ilə görüş keçirib, Astananın Moskvadakı səfiri isə Rusiya XİN və Müdafiə Nazirliyinin rəhbərliyi ilə təmaslar qurub. XİN-in qaynar xəttinə müraciətlər fasiləsiz daxil olmaqdadır.

Ukraynanın dövlət layihəsi olan "Xoçu jit" məlumat yayıb ki, indiyədək Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan Qazaxıstan vətəndaşlarının sayı azı 2420 nəfər təşkil edib.

Bununla yanaşı, Ukrayna tərəfi bildirir ki, Rusiya ordusunun tərkibində vuruşan və əsir düşən onlarla Qazaxıstan vətəndaşı və etnik qazax mövcuddur: "Rusiya hərbçilərini geri qaytarmağa tələsmir və faktiki olaraq onları illərlə əsirlikdə saxlamağa məcbur edir".

Hadisə Mərkəzi Asiya ölkələrindən Rusiya bazarına əmək miqrasiyası adı altında gedən şəxslərin hərbi münaqişələrə cəlb olunması təhlükəsinin hələ də yüksək olaraq qaldığını nümayiş etdirir.



Xəbərin oxunma sayı : 760




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap