“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - TƏFƏRRÜAT

Tarix 01.10.26, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Nadir İsrafilov və onun qeyri-rəsmi həyat yoldaşı Tahirə Məcidovanın (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti təmin olunub, Tərtər Rayon Məhkəməsinin hökmü cəzaya dair hissədə dəyişdirilib. Tahirə Məcidova barəsində tətbiq olunmuş Cinayət Məcəlləsinin (CM) 79.1-ci maddəsinə dair müddəalar hökmdən xaric edilməklə ona təqsirli bilindiyi CM-nin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təyin olunan 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya endirilib. Tahirə Məcidova barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından dərhal həbs edilib.

Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı hazırda nəzarətsiz, baxımsız qalmış yetkinlik yaşına çatmamış uşağın həyat üçün zəruri olan tələbatının dövlət büdcəsi hesabına təmin edilməsi qadının yaşadığı ərazi üzrə qəyyumluq orqanı olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya tapşırılması qərara alınıb.

Qeyd: Hər iki şəxs iki azyaşlıya qarşı mütəmadi olaraq zor tətbiq etməkdə, onları döyməkdə, ac saxlamaqda və gecə saatlarında evdən kənarda saxlamaqda ittiham olunublar.

İttihama görə, o, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Tahirə Məcidova ilə birlikdə qadının əvvəlki nikahından olan və onların himayəsində saxlanılan iki azyaşlıya qarşı zorakı hərəkətlər edib.

Söhbət 2013-cü il və 2018-ci il təvəllüdlü uşaqlardan gedir.

İstintaqın versiyasına əsasən, uşaqların ev işlərini görməməsi, kiçik uşağın bir-biri ilə dalaşması və nadinclik etməsi təqsirləndirilən şəxslərin onları cəzalandırmasına səbəb olub.

Belə ki, həmin şəxslər 2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşadıqları mənzildə azyaşlılara qarşı mütəmadi zorakı hərəkətlər ediblər. Bu hərəkətlər təxminən 2-3 gündən bir olmaqla, ayrı-ayrı tarixlərdə və ümumilikdə təxminən 6 ay ərzində davam edib.

Daha sonra onlar Tərtər rayonunun Qaradağlı kəndində kirayə evdə də oxşar hərəkətləri davam etdiriblər. Bu dövrdə zorakılığın təxminən 2-3 gündən bir baş verdiyi və ümumilikdə təxminən 24 gün davam etdiyi qeyd olunur.

Nadir uşaqların yetkinlik yaşına çatmadığını və köməksiz vəziyyətdə olduqlarını bilə-bilə onları cəzalandırmaq məqsədilə müxtəlif zorakı hərəkətlərə məruz qoyub.

İttihamda göstərilir ki, azyaşlılardan birinə psixi iztirab vermək məqsədilə gecə saatlarında evdən kənarda saxlanılıb və mənzilə daxil olmasına imkan verilməyib. Bundan başqa, onun yemək yeməsinə imkan verilmədiyi və ac saxlanıldığı bildirilir.

İstintaqın versiyasına görə, bu hərəkətlər nəticəsində azyaşlı güclü psixi iztirablara məruz qalıb.

Bununla yanaşı, Nadir uşağın başına, qollarına, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə kəmər, dabankeş, odun parçası, qarğı və əllə dəfələrlə zərbələr vurub. Nəticədə azyaşlının bədən səthində çoxsaylı qançırlar, sağ yanaq nahiyəsində piqmentasiya sahəsi və sağ əlin arxa səthində yanıqdan sonra tam formalaşmamış çapıq yaranıb.

Nadir digər azyaşlıya da qarşı oxşar hərəkətlər edib. O, uşaq psixi iztirab vermək məqsədilə gecə saatlarında saatlarla evdən kənarda saxlanılıb və mənzilə daxil olmasına imkan verilməyib. Bununla yanaşı, onun başına, qollarına, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə dəfələrlə zərbələr vurulduğu bildirilir.

İstintaq orqanı hesab edib ki, Nadir azyaşlıların köməksiz və yetkinlik yaşına çatmayan vəziyyətdə olduğunu dərk etdiyi halda onlara qarşı zorakı hərəkətlər edib.

Tərtər Rayon Məhkəməsini hökmü ilə Nadir İsrafilov 4 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından dərhal həbsə alınmışdı. Tahirə Məcidovaya isə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmuş, həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən himayəsində olan 2025-ci il təvəllüdlü uşağın on dörd yaşına çatanadək ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrasının təxirə salınması hökmü çıxarılmışdı./pravda.az



Xəbərin oxunma sayı : 595




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap