“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu

Tarix 28.09.26, 19:14

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Millətlər Liqasının A Liqasının ikinci turunda Almaniya yığmasının doğma meydanda Yunanıstana sensasiyalı məğlubiyyəti (0:1) ölkədə kəskin tənqid dalğası yaradıb.

“Qafqazinfo” xəbər verir ki, alman futbolunun əfsanəsi Bastian Şvaynştayger “The Touchline” nəşrinə müsahibəsində “Bundestim”in hazırkı vəziyyətini sərt şəkildə tənqid edib və komandanı sıravi orta səviyyəli yığma adlandırıb.

“Biz artıq top-komanda deyilik. İndi sıravi, sıradan bir kollektivik. Təkbaşına oyunun taleyini həll edə biləcək futbolçularımız qalmayıb. Hətta Yunanıstanın heyətində Karetsas, Tzolis, Pavlidis kimi uşaqlar var – hansı ki, onlar meydanda fərq yaradırlar. Bizdə isə qalır ümid etmək ki, Yürgen Klopp “Klopp üslubunda” futbol oynaya biləcək bir komanda yarada biləcək”, – deyə Şvaynştayger bildirib.

Almaniya yığmasının müdafiəçisi Yozua Kimmix də keçmiş komanda yoldaşının fikirləri ilə razılaşaraq hazırda elit səviyyədən çox uzaq olduqlarını təsdiqləyib:

“Bastianla mübahisə etmək çətindir. Hazırda top-komanda olmaqdan kifayət qədər uzağıq. Ən yaxşı oyunumuz deyildi. Statik idik, kreativlik çatmırdı. 0:0 ədalətli nəticə olardı, uduzmaq isə şanssızlıq idi. İndi hər şeyi təkmilləşdirməli və baş məşqçini daha yaxşı anlamalıyıq”.

Qeyd edək ki, UEFA Millətlər Liqasının növbəti turunda Almaniya oktyabrın 1-də Münxendə Serbiya ilə qarşılaşacaq, Yunanıstan isə Niderlandı qəbul edəcək.

Xatırladaq ki, ilk turda yunanlar Serbiyanı 2:1 hesabı ilə məğlub etmişdilər.



Xəbərin oxunma sayı : 91




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap