“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi: Sənədsiz obyektlər və cavabsız suallar

Tarix 01.10.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Rafiq Quliyevin rəhbərlik etdiyi Xətai rayonu Bakı şəhərində qanunsuz tikililərin faktologiyasına öncülük edir

Son aylarda Xətai rayonunda müxtəlif ünvanlarda qanunsuz və ya icazəsiz tikinti aparılması, yolların və yaşıllıq sahələrinin zəbt edilməsi, mühəndis-kommunikasiya xətlərinə müdaxilə və yaşayış binalarının konstruksiyasının dəyişdirilməsi ilə bağlı çoxsaylı şikayətlər yayılıb.

Araşdırma zamanı bəzi iddiaların rəsmi qurumların cavabları ilə təsdiqləndiyi, bəzilərinin isə rəsmən təsdiqləməsə də, faktiki olaraq iddiaların doğru olduğu müəyyənləşib.

Poliqon xəbər verir ki, 2026-cı ilin əvvəlindən sentyabrın sonunadək Xətai rayonu üzrə müxtəlif media resurslarında qanunsuz tikinti ilə bağlı onlarla problemli epizod barədə məlumat yayılıb. Sakinlərin şikayətləri, jurnalistlərin ərazi müşahidələri və ayrı-ayrı dövlət qurumlarının cavabları bir sıra ünvanlara, xüsusən də Xətai rayon İcra Hakimiyyətinə qarşı ciddi suallar doğurur.

Rəşid Bağırov küçəsində kollektorun üzərində 22 ev
Xətai rayonunda qanunsuz tikinti probleminin ən ciddi nümunələrindən biri Rəşid Bağırov küçəsində ortaya çıxıb.

Aprelin əvvəlində kollektorun üzərində yerləşən iki mərtəbəli evin çökməsindən sonra məlum olub ki, sözü gedən bina kollektorun üzərində inşa olunub. Daha sonra həmin ərazidə kollektorun üzərində ümumilikdə 22 evin olduğu açıqlanıb. Onlardan 8-nin qəza zonasına 100–200 metr məsafədə yerləşdiyi və aparılan təmir işlərinə mane olduğu bildirilib.

May ayında Xətai rayon prokuroru Sərdar İmanov qəza zonasında 22 evin müəyyənləşdirildiyini bildirib. Prokurorun açıqlamasına görə, araşdırma zamanı evlərin vaxtilə su idarəsinin razılığı ilə tikildiyi məlum olub. Eyni zamanda bəzi şəxslərin torpağı qanunsuz zəbt edərək ev tikdiyi də bildirilib.

Əgər bu evlər qanunsuz tikilibsə, onda kollektorun mühafizə zonasında tikintiyə hansı qurum və necə razılıq verib?

Qeyd edək ki, Bakı şəhərində icra hakimiyyətinin rəsmi, ya da qeyri-rəsmi icazəsi olmadan daş daş üstünə qoymaq mümkün deyil. Buna görə də belə bir ehtimal özünü doğruldur ki, kollektorun üzərində 22 evin tikintisin Xətai rayon icra hakimiyyəti və ADSE qeyri-rəsmi razılıq verib. Çünki bu iki qurumun kollektorun üzərində inşa edilən 22 evdən xəbərsiz olması imkansızdır.

Maraqlidir ki, qəzadan sonra Xətai rayon prokurorluğu hadisə ilə bağlı istintaq araşdırması başlatsa da, bu günə qədər heç kim məsuliyyətə cəlb edilməyib. Ən azından belə bir açıqlama ortada yoxdur.

Həmçinin Rəşid Bağırov küçəsində kollektorun üzərində müəyyən edilən 22 evin sökülməsi barədə məlumat da yoxdur. Ancaq çökən ev sökülüb və ərazidə kollektorun bərpa işləri aparılıb. Bu isə Xətai rayon icra hakimiyyəti və ADSEA hələ də qanunsuzluğun davam etməsini təmin edirlər.

Əhmədlidə kollektorun üzərində daha bir ev
Rəşid Bağırov küçəsindəki hadisədən sonra 2024-cü ildə Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində də kollektorun üzərində iki mərtəbəli ev tikilməsi yenidən gündəmə gəlib. Bu dəfə məlumat sakin iddiası ilə məhdudlaşmayıb. ADSEA kollektorun üzərində ağır konstruksiyalı evin tikildiyini və bunun kollektorun texniki xidmətinə mane olduğunu açıqlayıb.

Buna baxmayaraq Xətai rayon icra hakimiyyəti ADSEA-nın bu açıqlamasına heç bir reaksiya verməyib. Kollektorun üzərindəki iki mərtəbəli ev isə hazırda yerindədir.

General Mehmandarov küçəsi: sakinlərin müraciəti və rəsmi cavab
General Mehmandarov və Rüfət Əsgərov küçələrinin kəsişməsindəki 2942-ci məhəllə, 2-ci döngə, giriş 18 ünvanındakı qanunsuz tikili isə bu araşdırmanın ən çox sual doğuran epizodlarından biridir.

Sakinlərin müraciətlərindən sonra müxtəlif media qurumları həmin ərazidə fərdi yaşayış evinin tikildiyini yazıb.

XüsusiTV-nin dərc etdiyi materialda sakinlərin iddiasına görə, tikinti aparan şəxs ərazinin ona məxsus 2,5 sot torpaq olduğunu və sənədlərinin olduğunu bildirib. Eyni materialda sakinlərin ərazinin sürüşmə zonasında yerləşdiyini iddia etdikləri qeyd olunub.

Bu məsələ ilə bağlı daha ciddi iddialar da irəli sürülüb. Bəzi media materiallarında tikintiyə guya ayrı-ayrı şəxslər vasitəsilə icazə alındığı və pul verildiyi iddia edilir.

Lakin məsələnin başqa tərəfi sənədlərlə bağlıdır.

Xətai Rayon İcra Hakimiyyətinin 20 fevral 2026-cı il tarixli cavabında həmin ünvanda “müvafiq icazə sənədləri olmadan” aparılan tikinti işlərinin dayandırıldığı və ərazinin nəzarətdə saxlanıldığı bildirilir.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavabında da yerində baxış zamanı birinci mərtəbə səviyyəsində tikinti işlərinin dayandırıldığı müşahidə edildiyi qeyd olunur. Həmin qurum isə sadəcə tikintinin dayandırılmasını kifayət hesab etməyərək müvafiq tədbirlərin görülməsini istəyib. Yəni binanın sökülməsini. Buna baxmayaraq Xətai Rayon İcra Hakimiyyəti binanı sökməyib və bir müddətdən sonra tikinti davam etdirilib.

Sual olunur: icazəsiz tikinti rəsmi məktubla təsdiqlənib və işlərin dayandırıldığı bildirilibsə, sonrakı mərhələdə tikilinin vəziyyəti necə dəyişib? Hazırda həmin binanın dam örtüyü belə vurulub.

Bəs görəsən Xətai Rayon İcra Hakimiyyəti yaranmış mövcud vəziyyəti necə şərh edə bilər?

Xudu Məmmədov 29: sakinlər “yolumuzu bağlayırlar” deyir
Xətai üzrə ən maraqlı yeni epizodlardan biri Xudu Məmmədov küçəsi 29, 86 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Baku TV-nin aprel ayında yayımladığı reportaj sakinlərin müraciəti əsasında hazırlanıb. Sakinlər ərazidə gediş-gəliş yolunun zəbt olunduğunu və qanunsuz tikinti aparıldığını iddia ediblər. Onların sözlərinə görə, uşaqların məktəbə aparılması çətinləşib, metroya gedən yollar daralıb və ərazidə gələcəkdə çoxmərtəbəli bina tikilməsi planlaşdırılır.

Sakinlərdən biri bildirib ki, tikinti aparan tərəf onlara “iki metr yol” saxladığını deyib.

Ərazidə özünü “İnam 2019” MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov yeni bina tikilmədiyini, köhnə kafenin bərpa olunduğunu bildirib. Onun sözlərinə görə, ərazidə mühafizə zolağı təhlükəsizlik məqsədilə yaradılıb.

Xətai Rayon İcra Hakimiyyəti də həmin ərazinin özəl mülkiyyətdə olduğunu və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyətinin olmadığını bildirib.

Amma bu açıqlama belə mübahisəlidir. Çünki Bakı şəhərində özəl mülkiyyətdə aparılan təmir üçün belə icra hakimiyyətlərinin icazəsi tələb olunur.

FHN isə əraziyə baxış keçirildiyini və yalnız hasarlanmağa cəhd edildiyini, sakinlərin narazılığı əsasında hasarlama işlərinin qarşısının alındığını açıqlayıb. FHN-in məlumatına görə, həmin vaxt ərazidə tikinti-quraşdırma işi aparılmayıb.

Xudu Məmmədov 33A: yaşıllıq ərazisi ilə bağlı sakinlərin iddiaları
Xudu Məmmədov küçəsinin 33A ünvanı üzrə isə məsələ daha çox yaşıllıq və gələcək tikinti iddiaları ilə bağlıdır.

Mia.az-ın mayın 8-də yayımladığı materialda sakinlərin iddiasına əsasən, ərazidə çoxsaylı ağacların kəsilərək yerində bina tikildiyi bildirilir. Sakinlər tikinti sənədlərinin açıqlanmasını və ağacların kəsilməsi məsələsinin araşdırılmasını tələb ediblər.

“Pressline” portalı isə eyni ünvan barədə daha geniş iddialar yayıb. Materialda sakinlərin əvvəlcə ərazidə yanğın baş verdiyini, daha sonra geniş sahənin dəmir hasarla əhatəyə alındığını və girişin məhdudlaşdırıldığını iddia etdikləri yazılıb. Həmçinin sakinlər ərazidə tikinti aparmaq istəyən şirkətin “İnam 2019” MMC olduğunu iddia ediblər.

Qeyd edək ki, bu materialda sakinlərin təzyiq və hədə-qorxu ilə bağlı səsləndirdiyi iddialar da yer alır.

Xudu Məmmədov küçəsində zirzəmi - İcazə almağa məcbur deyiləm
Sentyabrda “7News” portalı Xudu Məmmədov küçəsində zirzəmidə aparılan tikinti və yenidənqurma işlərindən yazıb.

Saytın məlumatına görə, sakinlərin şikayətindən sonra jurnalistlər əraziyə gedib. Özünü obyektin sahibi kimi təqdim edən şəxsin sənədləri göstərməkdən imtina etdiyi və tikinti üçün icazə almadığını söylədiyi qeyd olunub. Obyektin sahibi jurnalistlərə bildirib ki, zirzəmi ona məxsusdur və burda görülən işlərlə bağlı da icazə almağa da ehtiyac duymur. Halbuki qanunvericiliyə görə müvafiq ixra qurumlarından mütləq icazə alınmalıdır.

Bu məlumatla bağlı da Xətai rayon icra hakimiyyəti susub.

Cavanşir küçəsi 185 - Ana su xətti və üç ağac
“7News” portalının yanvarın 1-də yaydığı məlumatda Cavanşir küçəsi 185 ünvanında tikinti ilə bağlı sakinlərin iddiaları yer alıb.

Sakinlərin iddiasına görə tikinti ana su xəttinə yaxın aparılır və ərazidə üç çoxillik ağac kəsilib. Həmçinin sakinlər bildirib ki, tikinti şəhərsalma və ekoloji normalara uyğun deyil və tikinti ətraf binalar üçün təhlükə yaradır.

Materialda daha ağır iddialar da var. Sayt sakinlərin tikintinin sürətlə tamamlanması üçün rayon rəhbərliyi tərəfindən icazə verildiyini iddia etdiklərini yazıb. Bu iddiar da Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təkzib olunmayıb.

Qədir Məmmədov küçəsi: 1000 kvadratmetrlik obyekt iddiası
Paytaxt.org yanvarın 5-də Qədir Məmmədov küçəsində təxminən 1000 kvadratmetr sahəni əhatə edən “sənədsiz obyekt” barədə yazıb.

Saytın məlumatına görə, sakinlər avtomobil və piyada yolunun zəbt edildiyini, ərazidə əvvəllər yaşıllıq zolağının olduğunu və ağacların gecə vaxtı texnika ilə çıxarıldığını iddia ediblər. Həmçinin obyektin arxa hissəsində qazıntı işlərinin aparıldığı bildirilib.

Bu məlumat da Xətai Rayon İcra Hakimiyyətinin heç bur reaksiyasına səbəb olmayıb və tikinti işləri davam etdirilib.

Cavanşir və Qədir Məmmədov küçələri üzrə problem
Bu iki ünvan bir-birindən fərqli olsa da, sakinlərin iddialarında eyni mövzular - torpaq sahəsinin statusu, yolun zəbt edilməsi, yaşıllıq və tikintiyə qanunsuz icazə verilməsi ilə bağlı şikayəylər təkrarlanır.

Qanunsuz tikintiyə isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən icazə verildiyi heç kimdə şübhə doğrurmur.

Məhəmməd Hadi 152 - burada artıq “iddia”dan söhbət getmir

Məhəmməd Hadi küçəsi 152-dəki yarımçıq bina digər nümunələrdən fərqlənir.

Xətai Rayon İcra Hakimiyyəti binanın müvafiq sənədlərinin olmadığını və tikilinin qanunsuz hesab edildiyini açıqlayıb.

Bu ünvanda yeddi ailənin həmin yarımçıq binada yaşaması məsələsi də gündəmə gəlib.

Buna baxmayaraq Xətai Rayon İcra Hakimiyyəti qanunsuz binanın tikintisini kimlər tərəfindən aparılması və vaxtında niyə müdaxilə olunmaması barədə heç bir açıqlama verməyib və qanunsuz tikiliyə görə də kimsə cəzalandırılmayıb.

Ümumiyyətlə bu günə qədər çox saylı qanunsuz tikilililərlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin heç bir vəzifəli məsul şəxsi cəzalandırılmayıb və bu da xüsusi sual doğurur.

Babək prospekti 78: sakinlər narazıdır, icra hakimiyyəti isə başqa izah verir
Xətai rayonunda Babək prospekti 78 ünvanında dəmir qarajların sökülməsi ilə bağlı sakinlərin narazılığı da mediaya çıxıb.

Sakinlərin bir hissəsi söküntünün hüquqi əsaslarının onlara göstərilmədiyini iddia edib.

Xətai Rayon İcra Hakimiyyəti isə sentyabrın 24-də bildirib ki, ərazidə abadlıq və yaşıllaşdırma aparılır, ümumi istifadədə olan yerlərdə sakinlər tərəfindən yerləşdirilən dəmir qarajlar və yararsız tikililər sökülür.

Media monitorinqində ortaya çıxan daha bir vacib məqam

Araşdırmamızda diqqəti çəkən məqamlardan biri də eyni tikinti barədə müxtəlif saytların bir-birindən daha ağır iddialar irəli sürməsidir.

Məsələn, General Mehmandarov küçəsindəki tikinti barədə müxtəlif saytlarda torpağın sənədsin olması, tikintinin sürüşmə zonasında həyata keçirildiyini və tikintinin qanunsuz olduğunu və buna görə də vəzifəli şəxslərə pul verildiyini yazıblar.

İddialar çoxdur, hüquqi qiymət isə yoxdur
Mediada Rafiq Quliyevin rəhbərlik etdiyi Xətai rayonu üzrə son aylarda formalaşan mənzərə belədir:

Mediada adı keçən ayrı-ayrı şəxslərin rüşvət alması, tikintilərə qanunsuz icazə verməsi, qanunsuz tikinti aparan fiziki və hüquqi şəxslərihimayə etməsi və ya tikintinin arxasında şəxsən icra başçısının və başçısının dostu İntiqam Cümşüdovun dayanması ilə bağlı iddialar həddindən artıq çoxdur. Lakin bütün bu iddialara qarşı Xətai rayon İcra Hakimiyyətinin qarşı arqumentləri həddindən artıq zəifdir.

Xatırladaq ki, əksəriyyət rayonda qanunsuz tikililərin arxasında dayanan şəxsin məhz İntiqam Cümşüdov olduğunu ehtimal edir. Daha doğrusu, işbazlarla icra başçısı arasında vasitəçi olan şəxs məhz odur. İş o yerə çatıb ki, İntiqam Cümşüdov təhlükəsizlik qaydalarını belə nəzərə almadan bəzi işbazlara binaların üzərində əlavə mərtəbələr tikməyə razılıq verməsi barədə iddialar Xətaidə insanların dilindədir.

Qeyd edək ki, Xətai rayonunda qanunsuz tikililərin bəziləri icra hakimiyyəti və digər qurumlar tərəfindən təsdiqlənsə də, ortada bu qanunsuluqları törədən fiziki və ya hüquqi şəxslərə, həmçinin vəzifəli şəxslərə qarşı heş bir hüquqi tədbir həyata keçirilməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, balıq başdan iylənib…




Xəbərin oxunma sayı : 541




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap