“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rubio İran nümayəndə heyətindən Nyu-Yorku tərk etməyi tələb edib - “Axios“

Tarix 01.10.26, 8:45

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Marko Rubio danışıqların nəticəsiz qalmasından sonra BMT Baş Assambleyasının iclaslarında iştirak edən İran nümayəndə heyətindən Nyu-Yorku dərhal tərk etməyi tələb edib.

Bu barədə "Axios” adı açıqlanmayan ABŞ rəsmisi və məsələ barədə məlumatlı daha bir mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rubio ABŞ-ın BMT-dəki nümayəndəliyinə İran nümayəndə heyətinə ölkəni tərk etməli olduqlarını bildirmək barədə göstəriş verib.

İran nümayəndə heyətinin tərkibində İranın xarici işlər naziri Abbas Əraqçi də olub. Məlumata görə, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə aparılan dolayı danışıqlarda bazar ertəsi səhər irəliləyiş əldə olunacağına ümid yaranıb, lakin günün ikinci yarısında danışıqlar dalana dirənib.

"Axios”un bildirir ki, İran nümayəndə heyəti bir neçə saat sonra Nyu-York hava limanına yollanıb və Dohaya uçub. Bununla belə, mənbələrdən biri Əraqçinin onsuz da həmin axşam Tehrana qayıtmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, danışıqlarda əsas mübahisə mövzularından biri İranın ABŞ-ın dəniz blokadasının aradan qaldırılması tələbi ilə Vaşinqtonun İranın nüvə proqramı üzrə güzəştlər əldə etmək istəyidir.

///apa.az///



Xəbərin oxunma sayı : 472




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap