“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - VİDEO

Tarix 17.09.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Xarici onlayn platformalardan alınan bəzi xidmətlərin yekun qiyməti dəyişə bilər.

Xezerxeber.az xəbər verir ki, yeni qaydaya əsasən, Azərbaycan istifadəçilərinə rəqəmsal xidmət satan qeyri-rezidentin ölkəmizdəki illik dövriyyəsi 10 min dolları keçərsə, həmin şirkət 30 gün ərzində elektron vergi uçotuna alınmalıdır. Tələb xarici platformalara aiddir və yerli sahibkarlar üçün əlavə öhdəlik yaratmır.

Xarici rəqəmsal xidmətlər üzrə 18 faizlik “ƏDV” əvvəllər də tutulurdu. Platforma Azərbaycanda qeydiyyatda olmadıqda vergi ödəniş zamanı istifadəçinin kartından bank tərəfindən çıxılırdı. Yeni mexanizmdə isə ƏDV-ni qeydiyyata alınmış xarici şirkət özü hesablayaraq büdcəyə ödəyəcək. Platforma xidmətin qiymətini dəyişməzsə, istifadəçinin kartından çıxılan yekun məbləğ azala bilər. Vergi xidmətin qiymətinə əlavə olunarsa, bəzi rəqəmsal xidmətlər bahalaşa bilər.

Elektron poçt və digər interaktiv vasitələrlə göstərilən məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətləri, canlı onlayn təlimlər və tədbir biletlərinin internetlə sifarişi isə bu xüsusi mexanizmə daxil edilmir. Beləliklə əsas məqsəd, xarici rəqəmsal xidmət təminatçılarını vergi uçotuna almaq və yerli sahibkarlarla rəqabət şərtlərini yaxınlaşdırmaqdır.



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap