“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz - Vens

Tarix 16.09.26, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin Yaxın Şərq siyasətinin İsrailə tabe olmamalı olduğunu bildirib.

Vens bu barədə "All-In Podcast” tərəfindən təşkil olunan konfransda çıxışı zamanı deyib.

"Biz Yaxın Şərqdəki xarici siyasətimizin İsrail dövlətinə tabe olmasına imkan verə bilmərik”, – Vens bildirib.

O, ABŞ-İsrail münasibətlərinə toxunaraq qeyd edib ki, İsrail hərbi texnologiya və kəşfiyyat məlumatlarının mübadiləsi baxımından ABŞ-ın mühüm tərəfdaşıdır. Bununla belə, Vaşinqton bəzi məsələlərdə İsraillə razılaşmaya bilər.

Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp son 40 ildə digər prezidentlərdən daha çox İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılığı olduqda ABŞ maraqlarını əsas götürməyə hazır olduğunu nümayiş etdirib.

"Bu münasibətləri, bütün münasibətlərdə olduğu kimi, Amerikanın maraqları üzərində qurmaq burada rasional müzakirə aparmağın yoludur”, – Vens vurğulayıb.

ABŞ-ın Vitse-prezidenti NATO ilə münasibətlərə də toxunub. O bildirib ki, Vaşinqton tərəfdaşları ilə əməkdaşlıq edir, lakin fikir ayrılığı yarandıqda öz maraqlarını əsas götürür.

"Biz insanlarla əməkdaşlıq etdikdə əməkdaşlıq edəcəyik, fikir ayrılığı olduqda isə razılaşmadığımızı bildirəcəyik. Biz Amerikanın maraqlarını güdəcəyik. Rasional xarici siyasət yürütməyin yeganə yolu budur”, – Vens əlavə edib.
 



Xəbərin oxunma sayı : 58




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap