“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Dedilər ki, biz mafiyayıq... - Mərakeş vətəndaşının qətli ilə bağlı məhkəmə başladı

Tarix 12.08.26, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda Mərakeş vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Məmmədov və Nihad Rəsulzadənin cinayət işi üzrə məhkəməsi başlayıb.

AzFakt.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən ilk baxış iclasında prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən Hüseyn Məmmədov özünü qismən təqsirli bildiyini deyib. Nihad Rəsulzadə isə ümumiyyətlə özünü təqsirli bilməyib.

Prosesdə sübutların ardıcıllığı ilə təqsirləndirilən Hüseyn Məmmədovun sərbəst ifadəsi dinlənilib.

"Mən Nihadla dostluq edirdim. Həmin gün gecə yarısı Nihad rayondan qayıtmışdı. Onun ad günündən xeyli keçmişdi, mən işimə görə onu təbrik edə bilməmişdim. Təklif etdim ki, görüşüb bir yerdə oturaq, ad gününü qeyd edək. Atam gecə vaxtı evdən çıxmağımın əleyhinə də olsa, onu dilə tutub birtəhər razılığını aldım. Mən taksi sifariş edib Sahil bağına gələndə Nihad artıq orada idi. Parkda başqa dostlarımızla da qarşılaşıb görüşdük. Sonra onlar Nizami küçəsinə gedəcəklərini deyib bizdən aralandılar.

Nihad və mən hərəmizə bir pivə alıb içməyə başladıq. Başımız telefona qarışmışdı. Parkın qurtaracağına yaxın səs-küy eşidib başımızı qaldırdıq. Gördük ki, dostlarımız iki xarici vətəndaşla mübahisə edirlər. Yaxınlaşıb nə baş verdiyini soruşanda onlardan biri dedi ki, sizinlə işimiz yoxdur. Digəri isə özlərinə işarə edib ingilis dilində "Biz mafiyayıq" dedi. Ucaboylu əcnəbinin əlində kəmər vardı. O, cibindən nə isə çıxarıb Nihadın üstünə gəlmək istəyirdi ki, tez özümü qabağa verdim. Özümüzü müdafiə məqsədi ilə cibimdəki bıçağı çıxartdım ki, qorxub bizdən uzaqlaşsınlar. Sadəcə həmin vaxt hərəkətdə olduğumdam elə bildim ki, bıçağı onun sinəsinə vuranda, əcnəbini yüngül cızıb. Mənim onun arxasınca təkrardan getməkdə məqsədim o idi ki, tamamilə çıxıb getməyindən əmin olum. Nihad gəlib məni oradan apardı. Evə çatıb təzəcə özümə gəlirdim ki, şəhərdə mübahisəni görən uşaqlara zəng etdim. Telefonu 39-cu polis bölməsinin əməliyyatçısı götürdü və mənə bölməyə yaxınlaşmağımı dedi. Mən ancaq ora gələndə əcnəbinin öldüyünü bildim. İttiham aktında yazılan bir neçə məqamla razı deyiləm. Orada yazılıb ki, guya məsələ mənim siqaret mübahisəmə görə olub. Halbuki mən siqaret çəkən deyiləm".

İttihamdakı şahid ifadələrindən də bəlli olub ki, Mərakeş vətəndaşından siqaret istəyən digər bir şəxs olub, həmin şəxs də şahid kimi işə cəlb olunub.

Təqsirləndirilən Hüseyn Məmmədov hadisənin şahidi olan Nihad Rəsulzadənin isə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunması ilə razılaşmayaraq, Nihadın ümumiyyətlə həmin mübahisədə iştirak etmədiyini deyib.

"Nihad yalnız məni sakitləşdirərək hadisə yerindən uzaqlaşdırıb, onun bu işdə hər hansı bir günahı yoxdur".

Növbəti proses oktyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, hadisə 27 noyabr 2025-ci ildə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Sahil bağı adlanan parkın ərazisində baş verib.

İttihamda qeyd olunur ki, Hüseyn Məmmədov tanışı Nihad Rəsulzadə ilə birlikdə parkda gəzişən Mərakeş Krallığının vətəndaşları olan Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq, siqaretlərinin olub-olmadığını soruşublar. Saber Elhoumani Ben İbrahim siqaretlərinin olmadığını bildirib. Hüseyn Məmmədov bunu siqareti verməmək üçün bəhanə kimi qəbul edərək, mübahisə yaradıb. Daha sonra Hüseyn özündə olan ov bıçağı ilə Tiflaoui İmadı sinəsindən bıçaqlayıb. Hadisə yerindən uzaqlaşmağa çalışan Tiflaoui İmad bir qədər getdikdən sonra xəsarətin ağırlığından yerə yıxılıb. Onun ardınca gələn Hüseyn Tiflaoui İmadın belindən güclü bıçaq zərbəsi endirib. Tiflaoui İmadın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov və N.Rəsulzadə Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.5 (qanunsuz olaraq qaz silahını, soyuq silahı (o cümlədən soyuq atıcı silahı) əldə etmə, satma və ya gəzdirmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 361




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap