“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Moskvada biznes tələsi - Azərbaycanın sabiq deputatı və vəkil aldadıldı

Tarix 12.08.26, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb.

AzFakt.com xəbər verir ki, siyasətçi Moskvada məşhur “Futcity” bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb.

Hazırda şikayətçi olduğu şəxs isə həmin biznesi təşkil etməli olan Gülnar Soltanovadır. Keçmiş deputat bu biznesin baş tutması üçün logistika sahəsində çalışan Gülnara 50 min manat pul verib. Lakin sonradan nə vəd edilən biznes baş tutub, nə də pul geri qayıdıb.

Eyni qaydada aldadılan digər zərərçəkmiş də tanınmış simadır. Söhbət Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimovdan gedir. Maraqlıdır ki, işi ilə bağlı tez-tez bu kimi cinayətlərlə üzləşən vəkil bu dəfə özü dolandırılıb. O, hətta kola biznesi üçün Gülnara daha çox - 210 min manat pul verdiyini bildirir.

Zərərçəkmişlər indi pullarını qaytarmaq üçün hüquq-mühafizə orqanına üz tutublar. Onların şikayətləri əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bu günlərdə başlayıb, təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, ikinci dəfə deputat seçilə bilməyən siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bu günlərdə işsiz qalması xəbərləri ilə gündəmə gəlib. Onun sözlərinə görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətindən kənarlaşdırılıb, iki ildir işsizdir. (Qafqazinfo)



Xəbərin oxunma sayı : 409




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap