“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda 10 milyonluq qumar - İki oyunu bloklamaq çağrışı

Tarix 12.08.26, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatları davam etdirir.

Kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “Xbet” və “MostBet” platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub. Həmin şəxslər “Telegram” platformasında yaratdıqları “AzeCash” səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər.

Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, “Xbet” və “MostBet” platformalarından istifadə edənlərin sayı az deyil. Bəs bu onlayn qumar sistemini qadağan etmək, yaxud Azərbaycandan girişini bloklamaq mümkün deyil? Mövcud qanunvericilikdə onlayn qumar və mərc oyunları ilə bağlı boşluqlar varmı? Əgər varsa, hansı dəyişikliklərə ehtiyac var?

Qanunsuz qumar saytlarını bağlamaq mümkün deyilsə, vətəndaşın qorunması necə təmin olunmalıdır? Məsuliyyət yalnız platformanı təşkil edən şəxslərin üzərində qalmalıdır, yoxsa qanunsuz mərcə pul yatıran şəxslərə də müəyyən məsuliyyət tətbiq edilməlidir?

Sistemli mübarizə lazımdır – Hüquqşünas Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında qeyd edib ki, saytların bloklanması effektiv vasitə deyil: “Bu, əlbəttə ki, böyük problemlərdən biridir və bunu tam həll etmək də mümkün deyil. Birincisi, saytların bloklanması müasir dövrdə effektiv vasitə sayılmır. Çünki VPN-lər vasitəsilə həmin saytlara daxil olmaq mümkündür.

Yaxud istənilən Telegram botu, kanalı bloklandıqda dərhal onun güzgü kanalı, necə deyərlər, açılır və həmin platformalar başqa adla fəaliyyətlərini davam etdirir. Başqa platformalardan istifadə edərək yenidən fəaliyyət göstərirlər və s. Yəni texniki baxımdan bu məsələni onsuz da tam həll etmək mümkün deyil.

Məsuliyyət məsələsinə gəldikdə isə burada da vəziyyəti tam nəzarətə götürmək çətindir. Çünki maliyyə axınları əksər hallarda banklar vasitəsilə həyata keçirilmir. Bunlar əsasən kriptovalyutalar vasitəsilə ödənilir. Buna nəzarət etmək də dövlətin əlində olan ənənəvi kanallarla mümkün deyil”.

Hüquqşünasın sözlərinə görə, bu, yalnız Azərbaycanda olan problem deyil, dünyada da bu məsələ mövcuddur: “Hətta xeyli ölkədə belə fəaliyyətlərə icazə verilir. Bu da təbii ki, məsələni daha da çətinləşdirir. Çünki həmin fəaliyyətlərin bir sıra ölkələrdə qanuni olması ilə bağlı vəziyyət nəzarət mexanizmlərinin qurulmasını çətinləşdirir. Məsuliyyətə gəldikdə isə aydındır ki, bizim qanunvericiliyə görə, təşkilatçılar məsuliyyət daşıyır, oynayanlar isə yox.

Fikirləşmək olar ki, bu oyunlarda oynayanlara qarşı da müəyyən məsuliyyət tətbiq edilsin. Düzdür, ilk dəfə yox, yəni birinci dəfə xəbərdarlıq etmək olar və s. Çünki bu, bir növ xəstəlikdir, necə deyərlər, narkomaniya kimi. Məlum olduğu kimi, insanlar buna aludə olurlar və bir növ “xəstələnirlər”. Birinci dəfə xəbərdarlıq etmək olar, sonra isə bunlara qarşı da məsuliyyət tətbiq edilə bilər ki, başa düşsünlər ki, bunun da müəyyən hüquqi nəticələri və məsuliyyəti var”.

Əkrəm Həsənov məsələdə maarifləndirmə işlərinin aparılmasını da vacib hesab edir:

“Biz bilirik ki, bəşər tarixində tanınmış, savadlı insanlar da bu xəstəliyə aludə olublar. Bu, savadla, təhsillə ölçülmür. Bu, psixoloji problemdir. Buna görə də psixoloji dəstək, əsasən maarifləndirmə lazımdır”.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap