“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsi - Siyahı

Tarix 06.07.26, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin ortalarından 2026-cı ilin ikinci rübünədək olan son göstəricilərinə əsasən, dünyanın ən böyük valyuta ehtiyatlarına (qızıl ehtiyatları istisna olmaqla) malik ölkələrinin siyahısı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, reytinqə 3,41 trilyon dollar həcmində valyuta ehtiyatı ilə Çin başçılıq edir. İlk üçlükdə, həmçinin Yaponiya (1,259 trilyon dollar) və İsveçrə (932,3 milyard dollar) yer alıb.

İlk onluqda Tayvan, Hindistan, Səudiyyə Ərəbistanı, Honq Konq, Rusiya, Cənubi Koreya və Sinqapur da qərarlaşıb.

Ən böyük valyuta ehtiyatlarına malik 15 ölkə aşağıdakı kimi olub:
Çin – 3 410,5 milyard dollar;
Yaponiya – 1 259,2 milyard dollar;
İsveçrə – 932,3 milyard dollar;
Tayvan – 602,5 milyard dollar;
Hindistan – 543,0 milyard dollar;
Səudiyyə Ərəbistanı – 458,6 milyard dollar;
Honq Konq – 442,1 milyard dollar;
Rusiya – 434,5 milyard dollar;
Cənubi Koreya – 423,1 milyard dollar;
Sinqapur – 419,3 milyard dollar;
Braziliya – 344,2 milyard dollar;
Birləşmiş Ərəb Əmirlikləri – 251,4 milyard dollar;
Amerika Birləşmiş Ştatları – 244,6 milyard dollar;
Tayland – 237,1 milyard dollar;
Meksika – 236,2 milyard dollar.

Məlumatlar göstərir ki, dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsindən səkkizi Asiyada yerləşir. Ekspertlər bunu regionun uzun illər ixracyönümlü iqtisadi inkişaf modeli, davamlı ticarət profisiti və maliyyə sabitliyinin qorunmasına yönəlmiş siyasəti ilə əlaqələndirirlər. Hazırda qlobal valyuta ehtiyatlarının təxminən üçdə ikisi Asiya ölkələrinin payına düşür.
Reytinqdə diqqət çəkən məqamlardan biri ABŞ-nin yalnız 13-cü yerdə qərarlaşmasıdır. Dünyanın ən böyük iqtisadiyyatı olmasına baxmayaraq, ABŞ-nin xarici valyuta ehtiyatlarının nisbətən az olması dolların beynəlxalq maliyyə sistemində əsas ehtiyat valyutası kimi xüsusi statusu ilə izah olunur. ABŞ qlobal ticarətdə və beynəlxalq ödənişlərdə dolların dominant mövqeyi sayəsində böyük həcmdə xarici valyuta ehtiyatı saxlamağa ehtiyac duymur.
Analitiklər bildirirlər ki, hazırkı ehtiyatların formalaşmasında əsas dönüş nöqtəsi 1997-ci il Asiya maliyyə böhranı olub. Həmin böhran xarici kapitaldan yüksək asılılığın risklərini üzə çıxardıqdan sonra bir çox ölkə gələcək iqtisadi şoklara qarşı özünü sığortalamaq məqsədilə iri valyuta ehtiyatları toplamağa başlayıb.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap