“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Norveç Braziliyanı, İngiltərə Meksikanı DÇ-dən kənarlaşdırdı - İcmallar

Tarix 06.07.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Dünya çempionatında 1/8 final mərhələsi çərçivəsində Braziliya və Norveç milliləri üz-üzə gəliblər.

AzFakt.com xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da start götürən qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Erlinq Holan (79, 90) dubl edib.

Braziliyanın yeganə qolunu isə 90+10-cu dəqiqədə Neymar penaltidən vurub.
Braziliyanın heyətində həmçinin Bruno Gimarayeş 14-cü dəqiqədə Norveçin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.

Matç bu hesabla başa çatıb və Norveç millisi adını növbəti mərhələyə yazdırıb.

Günün Bakı vaxtı ilə 05:00-da start götürən digər qarşılaşmasında isə Meksika millisi İngiltərə ilə üz-üzə gəlib.
Görüş İngiltərə millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İngilislərin heyətində Cud Bellinqem (36, 38) dubl edib, həmçinin Harri Keyn (60) penaltidən fərqlənib.
Ev sahibi Meksikanın heyətində isə qolları Kinyones (42) və Raul Ximenez (69, penalti) vurub.
İkinci hissədə həmçinin İngiltərə uzun müddət 10 nəfərlə mübarizə aparıb. Belə ki, 54-cü dəqiqədə Kuansa qırmızı vərəqə alaraq meydandan qovulub.
Buna baxmayaraq matç 3:2 hesabı ilə başa çatıb və İngiltərə millisi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, ¼ final mərhələsində İngiltərə və Norveç milliləri üz-üzə gələcəklər.



Xəbərin oxunma sayı : 535




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap