“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Türkiyədə daha bir azərbaycanlı qadın tutuldu: Evlənmək adı ilə 800 min pul aldı

Tarix 26.06.26, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Çanaqqala vilayətində R.Y. adlı yerli sakini evlənmək adı ilə aldadaraq 800 min lirə (təxminən 29200 manat) pulunu almaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

AzFakt.com xəbər verir ki, M.H. adlı azərbaycanlı qadın ölkədən qaçmağa cəhd edərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Ərzurum şəhərində ələ keçirilib. 

Məlum olub ki, M.H. bir televiziya proqramında evlənmək üçün çıxan R.Y. adlı Türkiyə vətəndaşının 800 min lirə pulunu mənimsəyib. O, R.Y. ilə evlənmək adı ilə həmin vəsaiti ondan alıb və Azərbaycana qaçmaq istəyərkən Çanaqqala Polis əməkdaşları tərəfindən Türkiyə Respublika Baş Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Ərzurumda tutularaq nəzarətə alınan şübhəli M.H. iyunun 24-də məhkəmə tərəfindən həbs edilib. Hadisə ilə əlaqəsi olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. Çanaqqalanın Lapseki rayonunda tutulub və iyunun 24-də məhkəmə tərəfindən onu da həbs edib.



Xəbərin oxunma sayı : 217




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap