“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İsraildən Türkiyəyə qarşı xəyanət addımı: Təl-Əviv qondarma “erməni soyqırımı“nı tanımağa hazırlaşır

Tarix 26.06.26, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


İsrail dövləti Türkiyə ilə onsuz da gərgin olan diplomatik münasibətləri tamamilə qopma nöqtəsinə gətirə biləcək növbəti səs-küylü və qərəzli addıma hazırlaşır.

Musavat.com xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar erməni tərəfinin 1915-ci il hadisələri ilə bağlı irəli sürdüyü qondarma "erməni soyqırımı" iddialarının rəsmən tanınmasını nəzərdə tutan qətnamə layihəsini hökumətin yaxın günlərdə keçiriləcək iclasının gündəliyinə çıxarmaq niyyətindədir. Mövzu ilə bağlı əldə olunan məlumatlara görə, rəsmi Təl-Əviv bu layihə vasitəsilə sözügedən tarixi iddiaları hüquqi müstəvidə rəsmiləşdirməyi planlaşdırır.

Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu da verdiyi rəsmi bəyanatda ölkəsinin bu qondarma hadisələri artıq faktiki olaraq "erməni soyqırımı" kimi qəbul etdiyini və tanıdığını iddia etmişdi. Siyasi şərhçilər İsrail XİN-in bu addımını son dövrlər regionda Ankara ilə yaşanan kəskin siyasi və hərbi qarşıdurmanın qisası və Türkiyəyə qarşı növbəti təzyiq rıçaqı kimi qiymətləndirirlər. Sənədin hökumət tərəfindən qəbul ediləcəyi təqdirdə Ankara-Təl-Əviv xəttində növbəti irimiqyaslı diplomatik böhranın qaçılmaz olacağı vurğulanır.



Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap