“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Dünyada elektrik enerjisinin ən baha və ən ucuz olduğu ölkələr açıqlandı - Siyahı

Tarix 25.06.26, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın müxtəlif ölkələrində elektrik enerjisinin qiymətləri arasında ciddi fərqlər mövcuddur.

Yeniavaz.com xəbər verir ki, bu fərqlər enerji siyasəti, vergilər, subsidiyalar, infrastruktur xərcləri və yerli enerji ehtiyatları kimi amillərdən qaynaqlanır.
“GlobalPetrolPrices” portalının hazırladığı reytinq göstərir ki, ən yüksək elektrik enerjisi tarifləri əsasən Avropa ölkələrində qeydə alınır. Ən aşağı qiymətlər isə zəngin enerji ehtiyatlarına malik və ya enerji istehlakını dövlət subsidiyaları ilə dəstəkləyən ölkələrdə müşahidə olunur.

Mütəxəssislərin fikrincə, Avropada istehlakçıların ödədiyi yekun qiymətə yalnız enerji istehsalı xərcləri deyil, həm də müxtəlif vergilər, ekoloji rüsumlar, bərpa olunan enerji fondlarına ödənişlər və şəbəkənin saxlanması xərcləri daxildir. Bu isə tariflərin yüksək olmasına səbəb olur.
Reytinqin digər ucunda isə İran, Efiopiya, Qırğızıstan və İraq kimi ölkələr yer alır. Bu ölkələrdə aşağı tariflər əsasən dövlət subsidiyaları və yerli enerji resurslarının bolluğu ilə izah olunur.

Araşdırmaya görə, ən bahalı və ən ucuz bazarlar arasında fərq 155 dəfəyə çatır. Belə ki, Bermuda adalarında elektrik enerjisinin orta qiyməti hər kilovat-saat üçün 0,466 dollar olduğu halda, İranda bu göstərici cəmi 0,003 dollar təşkil edir.
Elektrik enerjisinin ən baha olduğu 10 ölkə aşağıdakı kimidir:
Bermuda – 0,466 dollar/kVt-saat
İrlandiya – 0,447 dollar/kVt-saat
İtaliya – 0,415 dollar/kVt-saat
Kayman Adaları – 0,411 dollar/kVt-saat
Almaniya – 0,406 dollar/kVt-saat
Belçika – 0,404 dollar/kVt-saat
Birləşmiş Krallıq – 0,404 dollar/kVt-saat
Lixtenşteyn – 0,402 dollar/kVt-saat
İsveçrə – 0,366 dollar/kVt-saat
Danimarka – 0,361 dollar/kVt-saat

Elektrik enerjisinin ən ucuz olduğu 10 ölkə isə aşağıdakı kimidir:
İran – 0,003 dollar/kVt-saat
Efiopiya – 0,006 dollar/kVt-saat
Qırğızıstan – 0,014 dollar/kVt-saat
İraq – 0,015 dollar/kVt-saat
Sudan – 0,015 dollar/kVt-saat
Kuba – 0,015 dollar/kVt-saat
Butan – 0,015 dollar/kVt-saat
Anqola – 0,016 dollar/kVt-saat
Zambiya – 0,023 dollar/kVt-saat
Misir – 0,024 dollar/kVt-saat

Bildiyimiz kimi, əhali qrupu üçün elektrik enerjisinin daxili bazardakı qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200-300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bunlardan əlavə əhali qrupu üçün hər ay 1 manat sabit tarif tətbiq olunur. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,2 qəpik (0,066 dollar) təşkil edir.



Xəbərin oxunma sayı : 481




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap