“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir

Tarix 25.06.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bank banklarda kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib.

Yeni qərara əsasən, vətəndaşlar banklara müraciət edərək istehlak krediti müqavilələrinin məsafədən bağlanmasına və ya kredit limitinin onlayn artırılmasına qadağa qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş autentifikasiya ilə etdiyi müraciət əsasında ləğv ediləcək.

Qaydalara görə, banklar onlayn kredit və ya kredit limiti artırılması zamanı müştərinin belə bir məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemləri, həm də kredit büroları vasitəsilə yoxlamalıdır. Məhdudiyyət mövcud olduqda məsafədən kredit rəsmiləşdirilməsi mümkün olmayacaq.

Bundan başqa, məhdudiyyət qoymuş şəxs adından onlayn kredit müraciəti daxil olarsa, bank müştərini dərhal SMS və ya mobil tətbiq vasitəsilə məlumatlandıracaq.

Yeni tələblərə əsasən, məsafədən verilən kredit vəsaitləri dərhal köçürülməyəcək. Gün ərzində verilən və ya artırılan məbləğ minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu həddi aşdıqda isə 24 saat sonra təqdim ediləcək.

Qərara əsasən, bank olmayan kredit təşkilatları da bu qaydalara əməl etməlidirlər.

Mərkəzi Bankın aprelin 28-də qəbul etdiyi dəyişikliklər 1 oktyabr tarixindən qüvvəyə minəcək.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap