“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Braziliya futbolunda şok qalmaqal: Federasiya rəhbəri büdcəni sevgililərinə xərcləyib

Tarix 25.06.26, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Samir Haud böyük bir qalmaqalın mərkəzinə düşüb. O, sevgililərinin lüks səyahətlərini federasiya büdcəsi hesabına maliyyələşdirməkdə ittiham olunur.

Oxu.Az xəbər verir ki, bu şok iddialarla "Portal LeoDias" nəşri çıxış edib.

Ötən ilin may ayında vəzifəyə seçilən Haud hazırda dünya çempionatı çərçivəsində ABŞ-dədir. Lakin o bu səfərə tək yollanmayıb. Nəşrin məlumatına görə, Haud ABŞ-yə fitnes-sahibkar Kamila Kristina Andradeni də gətirib. Qadın 2-10 iyun tarixlərində Nyu-Yorkun "Hyatt Regency Grand Central" hotelində qalıb. Onun hoteldəki yaşayışının ümumi dəyəri 59 424.81 Braziliya realı (11 534.36 dollar) təşkil edib. Diqqətçəkən məqam isə nömrənin birbaşa federasiya rəhbərinin adına bron edilməsidir.

Kamila Nyu-Yorkda dincələrkən, Samir iyunun 8-də qadınlardan ibarət milli komandanın ABŞ-yə qarşı Fortalezadakı matçını izləmək üçün Braziliyaya qayıdıb. Düz 20 ildir evli olan Haud daha sonra Braziliyadan Mexikoya yollanaraq, iyunun 11-də DÇ-2026-nın açılışında birlikdə iştirak etmək üçün həyat yoldaşı Nataliya ilə görüşüb. Bundan bir gün əvvəl isə iş qadını Kamila Andrade Nyu-Yorku tərk edib.

Qeyd etmək lazımdır ki, bu, Haudun öz ətrafındakı qadınların beynəlxalq səfərləri üçün təşkilatın resurslarından istifadə etdiyi ilk hal deyil. Belə ki, ötən ilin dekabrında "Instagram" fenomeni və əczaçı Tamires Fernandes Barsellos "Flamenqo" və PSJ arasında keçirilən klublararası dünya çempionatının finalını izləmək üçün Rio-de-Janeyrodan Qətərə yollanıb. Bu lüks səyahətə biznes-klas aviabiletləri və "The Ritz-Carlton Doha" hotelində gecələmə daxil olub. CBF bu səfər üçün 17 424 real (3 382 dollar) məbləğində hesab ödəyib.

İrəli sürülən bütün ittihamlara baxmayaraq, Braziliya Futbol Konfederasiyası rəsmi bəyanat yayaraq iddiaları rədd edib. Qurumdan bildirilib ki, rəhbərlik "etik dürüstlük" prinsiplərinə sadiqdir və edilən bütün xərclər yalnız institusional və işgüzar xarakter daşıyır.



Xəbərin oxunma sayı : 421




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap