Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Zamin duranlar üçün risklər: “Borcludan geri tələb edə bilər”

Tarix 05.06.26, 18:07

Font ölçüsü : - / +
bitmap-img6


Mağazalardan kreditlə telefon, mebel və digər məhsullar alanların sayı az deyil. Lakin bir çox hallarda kreditin rəsmiləşdirilməsi üçün zamin tələb olunur.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Ramil Süleymanov zaminin borc münasibətlərində rolu və risklərini izah edib:

“Zaminlik müqaviləsi əsas borc münasibətlərində öhdəliyin icrasını təmin edən hüquqi təminat üsullarından biridir və Mülki Məcəlləsi ilə tənzimlənir. Zamin əsas borclu ilə birlikdə öhdəliyin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Sezar pizza

Əgər borclu kredit müqaviləsi və ya alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməzsə, zamin də birbaşa cavabdeh olur və kreditor (məsələn, mağaza və ya kredit təşkilatı) məhkəməyə müraciət etdikdə zaminə qarşı da tələb irəli sürülə bilər.

Zaminlikdə diqqət edilməli əsas məqamlardan biri odur ki, müqavilədə alınan mal və ya xidmət dəqiq göstərilməli, onun dəyəri və zaminliyin hansı konkret öhdəliyə aid olduğu aydın şəkildə müəyyən edilməlidir”.

R.Süleymanov bilidirib ki, zamin borcu ödədikdən sonra həmin məbləği əsas borcludan geri tələb edə bilər:

“Zamin borcu ödədiyi halda, onun əsas borcludan ödədiyi məbləği geri tələb etmək hüququ var. Bu, reqres (geri tələb) hüququdur.

Zaminlik müqaviləsinin ləğvi isə yalnız kreditorun, yəni mağazanın və ya kredit verən təşkilatın razılığı ilə mümkündür”.



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap