Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Medvedevdən Paşinyana şok hədə: “Sonu faciəvi olacaq“

Tarix 01.06.26, 19:14

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından yararlanmaq, həm də Avropa İttifaqına inteqrasiya etmək cəhdlərinin onun üçün yaxşı nəticələnməyəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, Rusiya rəsmisi Paşinyanın bu siyasətini kəskin tənqid edib: "Nikol yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə getməyə başlayıb. Ermənistanın hansı inteqrasiya birliyində (Aİİ, yoxsa Aİ) yer alması ilə bağlı referendumun keçirilməsi çağırışlarına cavab olaraq, o, Lev Davidoviçin məşhur formulasını tətbiq etdi: "Nə hərb, nə sülh, ordunu isə buraxmaq". Sözün əsl mənasında belə: bizi Aİ-yə çağırmayana qədər referendumda heç bir qərar qəbul etməyəcəyik. Sonra isə təbii ki, qaça-qaça Avropaya tərəf gedəcəyik. Amma bura qədər Aİİ-nin bütün güzəştlərindən istifadə edəcək, Rusiya və İttifaqın digər ölkələri üzərindən məharətlə pul qazanacağıq".

Dmitri Medvedev Ermənistan baş nazirinin bu yanaşmasına ironiya ilə yanaşaraq bəzi tarixi faktları xatırladıb. O vurğulayıb ki, vaxtilə həmin formula Brest-Litovsk sülh müqaviləsinin daha ağır şərtlərlə imzalanması məcburiyyəti ilə nəticələnmişdi: "Trotskinin getdiyi o dolanbaclı cığır isə özü üçün olduqca faciəvi şəkildə sonluq tapdı".



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap