Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar

Tarix 02.04.26, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər Nəsimi rayonu Ənvər Qasımzadə küçəsində, Zorge Parkın ərazisində aparılan tikinti işləri sakinləri narahat edir.

Bizimesr.az xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edib. İddia edilib ki, bu tikintinin aparılması qanunauyğun deyil. Belə ki, şifarişçisi “İNAM-V” MMC, layihəçisi “M-ARCH GROUP” MMC, podratçısı isə “BOLLUQ” İstehlak Koperativi olan binanın tikintisinə 01.12.2025- ci ildə başlanılıb.

İlkin olaraq binanın tikintisinin 01.07.2026-cı il tarixində başa çatması planlaşdırılsa da daha sonra ölçüləri də daxil olmaqla tikintinin başa çatma müddəti də dəyişdirilərək 01.12.2026-cı ilə keçirilib.

“Üçüncü dəfədir ki, Zorge Parkın ərazisində aparılan tikinti ilə bağlı yazıram. Bakı sakinlərinin sevimli parkının ərazisində ortamərtəbəli bina tikilir, halbuki məlumat lövhəsində cəmi 1 mərtəbə göstərilib!

Hazırda artıq binanın üçüncü mərtəbəsi tikilir! Bundan əvvəl zirzəmi və birinci mərtəbə inşa olunub!

Məlumat lövhələrində rəqəmlərin necə dəyişdirildiyinə diqqət yetirin:

- əvvəlcə binanın ölçüləri 33 × 19 metr göstərilirdi, sonra isə 33,2 × 19,8 metr oldu!

- əvvəl hündürlük 5,7 metr idi, daha sonra isə 6,6 metr göstərildi!

Bəs 13.12.2024 tarixli 38731 nömrəli dövlət ekspertizası rəyi necə oldu? Ona dəyişiklik edilibmi?

Bəs 13.06.2025 tarixli ETİ-36/25 nömrəli tikintiyə icazə sənədi necə? Ona da dəyişiklik edilibmi?”

Memar onu da qeyd edib ki, məsələ ilə bağlı Nəsimi rayonunun baş memarı ilə şəxsən danışıb. Ona yalnız bir mərtəbəli binanın tikiləcəyi bildirilib 





Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap