Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Saleh Məmmədovun komandası 1 milyard “yeyib”? - Keçmiş sədr bağında fövqaladə toplantı təşkil edib

Tarix 02.04.26, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə araşdırmaları külli miqdarda yeyintilərin baş verdiyini üzə çıxarıb.

AzFakt.com bildirir ki, bu barədə “Gununsesi.info” saytı bu barədə özəl mənbələrə istinadla xəbər yayıb. Qeyd olunur ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard manat dövlət vəsaitinin talan olunması müəyyən olunub.

Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.

“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək”, - deyə mənbə bildirib.

Məlumatda qeyd olunur ki, Saleh Məmmədov vəziyyəti yumşaltmaq üçün maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.

Sayt daha əvvəl yazıb ki, S.Məmmədov keçmiş komanda üzvlərini bağında toplayaraq onlardan “ortaya pul qoymağı” tələb edib. İddia olunur ki, toplantıda Məzahir Səlimov, İlham Əzimov, Zahid Nuriyev, İlham İsmayılov, Arif Abbasov, Məhəmməd Musayev, Şahin İsmayılov (Saleh Məmmədovun xalası oğlu), Azad Muradov, Azadəli Azadəliyev, Zaur Həmzəyev, Allahverdi Dəmirov, Fazil Musayev, Əflatun Qasımov və AAYDA-nın maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev, aparat rəhbəri İlqar Əhmədov iştirak ediblər. S.Məmmədov bəyan edib ki, oğurlanan vəsaitlər büdcəyə qaytarılmasa, hamını həbs gözləyir.



Xəbərin oxunma sayı : 352




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap