Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Məcnun Məmmədov Naxçıvandadır - FOTOLAR

Tarix 02.04.26, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib.

AzFakt.com xəbər verir ki, səfər çərçivəsində Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Daha sonra nazir M.Məmmədov Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Naxçıvanın Baş naziri Cabbar Musayev ilə görüşüb.

Görüşlərdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və dövlət dəstəyi tədbirlərinin bu sistem vasitəsilə aparılması, təsərrüfatların su ilə təminatında yaranan çətinliklərin aradan qaldırılması imkanları və müasir suvarma sistemlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində kənd təsərrüfatı fəaliyyətlərinin genişləndirilməsi məsələləri əsas müzakirə mövzularından olub.

Səfər çərçivəsində nazir Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin kollektivi ilə görüşüb. Görüşdə Naxçıvanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Görüş zamanı Naxçıvan fermerlərinin dövlət dəstəyindən tam və şəffaf şəkildə faydalanması üçün EKTİS-ə keçid prosesinin sürətləndirilməsi, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər, aqrar sahədə kooperativlərin, ailə kəndli təsərrüfatlarının yaradılması və qeydiyyatı, yerli toxumçuluğun inkişaf etdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili, peyvəndləmə və bitki mühafizə tədbirlərinin həyata keçirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlim və təcrübə proqramlarının tətbiqi, vahid Çağrı Mərkəzinin qurulması, rayon və kəndlər üzrə becərilən bitkilərin sahəsi, əkin növü, bitki növləri üzrə su tələbatının müəyyənləşdirilməsi və aylar üzrə tələb olunan su sifarişinin tərtib olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Məcnun Məmmədov kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün görüləcək işlər barədə tapşırıqlar verib.





Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap