Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Həyat yoldaşı Makronla pis rəftar edir” - Tramdan qalmaqallı açıqlama

Tarix 02.04.26, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makron ilə həyat yoldaşı Bricit Makron arasında münasibətləri zarafatyana şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, İranla müharibə fonunda Makrona zəng etməsi haqqında danışarkən bu mövzuya toxunub. 

“Sonra həyat yoldaşının çox pis rəftar etdiyi Makrona zəng etmək istədim. O, hələ də çənəsinə dəyən zərbədən özünə gəlməyə çalışır”, - ABŞ lideri Ağ Evdə çıxışı zamanı deyib. 

Tramp həmçinin Makrondan Hörmüz boğazının açılması üçün ora gəmilər göndərməsini istədiyini, lakin rədd cavabı aldığını bildirib: “O dedi ki, biz bunu yalnız müharibə qazanıldıqdan sonra edə bilərik. Mən isə dedim ki, mənə müharibə qazanıldıqdan sonra lazım deyil, çünki çoxları müharibə başa çatdıqdan sonra orada olacaqlarını deyirlər”. 

Xatırladaq ki, ötən ilin mayında Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama səfəri zamanı qəribə hadisə yaşanıb. Belə ki, Hanoy Hava Limanında təyyarənin qapısı açıldıqda həyat yoldaşının Makronun üzünə iki əli ilə vurduğu görünüb. Cütlüyün sözügedən görüntüləri həmin vaxt sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Rəsmi Paris bununla bağlı açıqlama yayaraq bunun evli cütlük arasında zarafat xarakterli hadisə olduğunu bildirib.





Xəbərin oxunma sayı : 460




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap