“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sabunçu Tibb Mərkəzinin nəzdindəki Maştağa Xəstəxanasında növbəti sosial aksiya - Fotolar

Tarix 27.02.26, 19:27

Font ölçüsü : - / +
bitmap-img6


Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Maştağa Xəstəxanası tərəfindən növbəti sosial aksiya uğurla həyata keçirilib.

AzFakt.com xəbər verir ki, aksiya çərçivəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində sünnət əməliyyatları təşkil olunub.

Tədbirdə Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Maştağa Xəstəxanasının baş həkimi, direktor müavini Namiq Nəbiyev, cərrahi işlər üzrə direktor müavini Kamil Hacıyev, eləcə də inzibati işlər üzrə direktor müavini Rəşad Veysov istirak ediblər.

Sünnət aksiyası Bakı şəhəri 1 nömrəli ümumtəhsil internat məktəbinin aztəminatlı ailələrdən olan 6–8 yaş aralığında 10 azyaşlı sakini üçün nəzərdə tutulub. Əməliyyatlardan əvvəl uşaqlar həkim müayinəsindən keçirilib, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və prosedur tibbi göstərişlərə uyğun şəkildə icra olunub.

Cərrahi müdaxilələr Maştağa Xəstəxanasının təcrübəli həkim-cərrahları – Ənvər Qurbanov, Elman Salamov və Səadət Ömərova tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.

Sabunçu Tibb Mərkəzinin direktoru N. Bəşirova çıxışında bildirib ki, belə humanitar aksiyaların əsas məqsədi sosial həssas təbəqəyə dəstək olmaq, uşaqların sağlamlığının qorunmasına töhfə vermək və cəmiyyətə faydalı təşəbbüsləri davamlı şəkildə həyata keçirməkdir.

Aksiyanın sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, valideynlərə isə tibbi tövsiyələr verilib.

Sabunçu Tibb Mərkəzi tərəfindən sosial yönümlü layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.







Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap