“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan onlarla ölkə ilə danışıqlar aparır - Detallar açıqlandı

Tarix 27.02.26, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan viza rejimin ləğv olunması ilə bağlı onlarla ölkə ilə danışıqlar aparır.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Emil Səfərov Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, danışıqlar yalnız dost ölkələrlə həyata keçirilir, ölkənin həm daxili, həm xarici siyasət maraqları nəzərə alınır.

"​Eyni zamanda bu fəaliyyətin həyata keçirilməsi zamanı bizim milli təhlükəsizlik və miqrasiya maraqlarımız nəzərə alınmalıdır. Bildiyiniz kimi, Azərbaycan bir neçə növ sadələşdirilmiş viza rejimi tətbiq edir. Vizasız rejim də var, sadələşdirilmiş viza rejimi də var. Bu həm "ASAN Viza"dır, həm beynəlxalq tədbirlər zamanı tətbiq olunan xüsusi vizadır. Məsələn, COP29 zamanı tətbiq olunan sadələşdirilmiş viza rejimi nəticəsində 36 mindən çox adam sadələşdirilmiş viza alaraq Azərbaycana səfər edib, o tədbirdə iştirak edib", - deyə XİN rəsmisi qeyd edib.

Bundan başqa, o xatırladıb ki, Dövlət Turizm Agentliyinin verdiyi təkliflər əsasında birtərəfli viza rejiminin ləğv olunması ilə bağlı layihə həyata keçirilib və fevralın 15-dən 4 ölkə ilə müddətli birtərəfli vizasız rejim tətbiq olunur: "Bunlar, əsasən ərəb ölkələridir. Bu layihənin davam etdirilməsi nəzərdə tutulur və qısa müddətdə siyahıya yeni ölkələr əlavə olunacaq, iş davam etdirilir. ​Əsas məqsəd Azərbaycana dost və strateji tərəfdaş olan ölkələrlə münasibətdə bu rejimin tətbiq olunması, oradan rmiqrasiya riski olmayan turistlərin kütləvi şəkildə ölkədə gəlməsidir".



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap