“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Akopyan hökumət iqamətgahını tərk edir - Paşinyandan açıqlama

Tarix 27.02.26, 10:50

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanla vətəndaş nikahının başa çatmasına münasibət bildirib.

O, özünün feysbuk səhifəsində paylaşım edən Baş nazir Akopyanın qərarına hörmətlə yanaşdığını qeyd edib.

“Son 30 il ərzində o, bütün çətin günlərimdə yanımda olub, mənim dayağım və dəstəyim olub. Mənim onun üçün eyni şeyi etdiyimə əmin deyiləm. Ola bilsin ki, mən ona daha çox kədər bəxş etmişəm, bunun üçün üzr istəyirəm”, - Paşinyanın paylaşımında deyilir.

Daha əvvəl isə Anna Akopyan yenidən sosial şəbəkə hesabında paylaşım edərək Paşinyanla nikahlarının başa çatdığını və bu gün hökumət iqamətgahını tərk edəcəyini deyib. O əlavə edib ki, mövzu ilə bağlı daha əvvəlki postu anlaşılmazlıq yaradıb. Belə ki, Akopyan vətəndaş nikahının başa çatdığını bildirərkən çoxu bunu rəsmi nikaha daxil olma kimi qələmə verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Nikol Paşinyanın Anna Akopyanla vətəndaş nikahı başa çatıb. Bu barədə paylaşım edən Akopyan hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş etmişdi. Yerli mətbuat 1990-cı illərin sonundan münasibətdə olan cütlüyün rəsmi nikaha girdiyini yazmışdı. (“Qafqazinfo”)



Xəbərin oxunma sayı : 361




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap