“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp

Tarix 08.07.25, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə cümə günü keçirdiyi telefon danışığında Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımadığını bildirib. 

Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Qəzetinin yazdığına görə, bu məlumat sözügedən danışıqlarla tanış mənbələrə istinadən verilib. Trampın Zelenskiyə dediyinə görə, ötən ay ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbədən sonra Pentaqonun sursat ehtiyatlarının yoxlanılması barədə göstəriş verib, lakin silah tədarükünün dondurulması barədə birbaşa əmr verməyib.

Ağ Evin mətbuat katibi Karolin Livitt isə bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, silah ehtiyatlarının yoxlanılması əmri yeni təyin olunan müdafiə naziri Pit Heqset tərəfindən verilib. Onun sözlərinə görə, məqsəd ABŞ-dən kənara çıxan hərbi yardımın ölkənin milli maraqlarına uyğun olmasını təmin etməkdir.

Mənbələrin məlumatına görə, Tramp Zelenskiyə ABŞ-nin Ukraynaya “bacardığı qədər çox hərbi yardım göstərəcəyini” də vəd edib.

Pentaqonun nümayəndəsi bildirib ki, Birləşmiş Qərargah Rəisləri Komitəsi Ukraynaya dondurulmuş yardımın vəziyyəti ilə bağlı qiymətləndirməni artıq başa çatdırıb. Komitənin rəhbər, general Den Keyn, müdafiə naziri P. Heqsetə silah tədarükünün bərpası ilə bağlı tövsiyə hazırlayır.

"The Wall Street Journal" yazır ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası silah yardımının gələcək taleyini müəyyənləşdirmək üçün çərşənbə axşamı toplanacaq.

Eyni zamanda, "Politico" nəşri yazıb ki, ABŞ Ukraynaya bəzi silah tədarüklərini bərpa edə bilər. Bu məsələ ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloqun Ukrayna müdafiə nazi ilə bu və gələn həftə keçirəcəyi görüşlərdə müzakirə olunacaq.



Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap