“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi

Tarix 08.07.25, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR-ın "Neftqaztikinti" Trestinin 5 saylı tikinti-quraşdırma bölümünün rəisi qısa zamanda pensiyaya çıxmaq istəyərkən aldadılıb. O, pensiya işinin tezliklə düzəlməsi üçün 14 300 manat pul verib.

Musavat.com xəbər verir ki, iş üzrə 39 yaşlı Rəmzi təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Rəmzi tanışı Seyfəddin vasitəsi ilə tanıdığı SOCAR-ın "Neftqaztikinti" Trestinin 5 saylı tikinti-quraşdırma bölümünün rəisi Balağanı aldadıb. Ondan pensiya məsələsini qısa zamanda həll edəcəyini vəd edərək 14 300 manat pul alıb.

Rəmzi pulu 2018-ci ildə alıb. İllərlə Balağa adlı şəxsi aldadaraq pulunu qaytarmayıb. Həmin ərəfədə isə Rəmzi barəsində dələduzluq madddəsi ilə ayrı cinayət işi olub və cəza alıb. Həmin iş üzrə Rəmiz azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş.

Rəmzi aldığı pulun qarşılığında Balağanın pensiyaya çıxması üçün rəsmi qurumlara müraciətini də edib. Hətta Balağadan etibarnamə alaraq işi məhkəmə qaydasında da həll etməyə çalışıb. Lakin bu iş alınmayıb və Balağa vaxtından əvvəl pensiyaya çıxa bilməyib. Aldadıldığını başa düşən Balağa pulunu tələb etsə də Rəmzi müxtəlif vədlər verərək onu aldadıb.

Məhkəmə araşdırması zaman məlum olub ki, şikayətdən sonr Rəmzi pulu geri qaytarıb. Onlar arasında barışıq olub.

Abşeron Rayon Məhkəməsi bu əməlinə görə də Rəmzi barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Əvvəlki hökmlə birləşdirilməklə Rəmzinin üzərində 3 il 3 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 226




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap