“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu

Tarix 08.07.25, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib.

AzFakt.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yadığı məlumatda deyilir.

Bildrilib ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün "Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 5 günədək artırılıb.

Fərdi minik avtomobilləri ilə səfər zamanı bir sürücü olmaqla maksimum 9 nəfər üçün icazə almaq mümkündür. Fərdi minik avtomobili dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.

Sürücülər "Yolumuz Qarabağa” portalında səfər qaydaları və mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, eyni zamanda bu məlumatları səfər edən şəxslərə çatdırmalıdırlar. İşğaldan azad edilmiş ərazilərə daxil olduqda isə mina təhlükəsizliyi üçün müəyyən edilmiş marşrutdan kənara çıxmamaq, yolayrıcılarında diqqətli olmaq və səfər boyunca qaydalara riayət etmək tələb olunur.

Bundan əlavə, vətəndaşlar "Yolumuz Qarabağa” portalı vasitəsilə səfər edəcəkləri istiqamətlərdə fəaliyyət göstərən otellər və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. İşğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə rezervasiya edən şəxslər isə əraziyə giriş icazəsini avtomatik əldə etmiş olacaqlar.



Xəbərin oxunma sayı : 244




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap