Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Toyda nalayiq danışdı - Şəhid atasının şikayəti ilə tutuldu

Tarix 01.11.24, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafada Vətən müharibəsi şəhidi haqqında nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan A.Ağayev (şərti) polisə müraciət edərək həmkəndlisi E.Dadaşovun (şərti) şəhid olmuş övladı barəsində xoşagəlməz sözlər danışdığını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, E.Dadaşov oktyabrın 29-da yaşadığı kənddə toy məclisində iştirak edib və spirtli içki qəbul edib. Toyda şəhidin atası, Lənkərandan qonaq gəlmiş qazi və digər şəxslər də iştirak edib. Məclis zamanı lənkəranlı qazi Ağstafadakı şəhid ailələrini ziyarət etmək istədiyini bildirib. Bu zaman E.Dadaşov həmkəndlisi olan şəhidin ünvanına onun atasının yanında nalayiq ifadələr işlədib.

Ağstafa RPŞ-də E.Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və o saxlanılıb.

Məhkəməyə çıxarılan E.Dadaşov şəhidin valideynlərinə məxsus evdə 2021-ci ildə usta kimi işlədiyini, həmin vaxt ev sahiblərinin onun işini bəyənməyərək uzaqlaşdırdığını və bundan sonra münasibətlərinin pisləşdiyini deyib. O, şəhid ailəsindən üzr istəyib.

Şəhid atası A.Ağayev isə həmkəndlisinin üzrxahlığını qəbul etmədiyini bildirərək onun həbs olunmasını tələb edib.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə E.Dadaşova 5 sutka inzibati həbs cəzası verilib.



Xəbərin oxunma sayı : 1144




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap