Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Tovuz xəstəxanasında problem var - Qızılcaya yoluxmuş körpənin atası nədən narazıdır?

Tarix 27.02.24, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Tovuz Rayon Mərkəzi Xəstəxanasında istilik sistemi ilə bağlı problem yaşanıb.

Bu iddia ilə Bizim.Media-ya müraciətində Tovuz rayonu Bozalqanlı kənd sakini Natiq Orucov çıxış edib.

Şikayətçinin sözlərinə görə, qızılcaya yoluxan doqquz aylıq körpəsini iki gün əvvəl Tovuz Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib.

Bir gecə qalandan sonra istilik sistemi olmaması səbəbindən xəstəxanadan çıxarıb:

“Doqquz aylıq oğlumu iki gün əvvəl axşam saat 23:00-da Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardım. Qızılca diaqnozu ilə qəbul edib, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirdilər. Gecə saat 3-də yoldaşım zəng etdi ki, xəstəxanada istilik yoxdur, soyuqdan donuruq. Fikirləşdim ki, yəqin istilik sistemində müvəqqəti problem yaranıb, yoluna qoyulacaq. 

Səhər saat yeddidə xəstəxanaya getdim ki, istilik yenə yoxdur. Etirazımı bildirdim, problemlə bağlı tutarlı cavab ala bilmədim. Uşağı çıxarmaq istəyimi bildirəndə növbətçi həkimlər mane olmağa çalışdılar. Əsas da onu gətirdilər ki, saat doqquzda həkimlər gəlsin və imtina ərizəsi yazmalıyam. Uşağı buz kimi otaqda saxlayası deyildim ki?! Oğlumu xəstəxanadan çıxartdım, dünən isə xəstəxananın təkidi ilə gedib imtina ərizəsi yazdım və şikayətimi ərizədə də bildirdim”.

Natiq Orucov qeyd edib ki, xəstəxanada istiliyin olmaması təkcə onun övladının deyil, digər uşaqların həyatını da təhlükə altına almış olur: 

“Bilirsiniz ki, ölkədə qızılca tüğyan edir. Belə bir vəziyyətdə xəstə uşaqlar soyuq və buz kimi otaqlarda necə sağalsınlar? Çox güman ki, istilik fasilələrlə verilir. Çünki mən bir gün sonra xəstəxanaya imtina ərizəsi yazmaq üçün gedəndə istilik vardı”.

Şikayətçi onu da əlavə edib ki, sahə həkimi nə onun, nə də qonşuların uşaqlarını bir dəfə də olsun yoxlamağa gəlib:
“Kəndimizdə qızılcaya yoluxan uşaqlar çoxdur. Onların arasında sağalanlar da var. Qonşu Qədirli kəndində ölüm halı da baş verib. Amma bir dəfə də olsun sahə həkimi gəlib bu körpələri yoxlamır. Uşaqların həyatı Allahın ümidinə buraxılıb. 

Təsəvvür edin ki, doqquz aylıq uşağa xəstəxanada sistem qoşa bilmədilər. Xəstəxanada nə lazımı şərait, nə də tibb personalı var.

Mənim övladım Tovuz Rayon Mərkəzi Xəstəxanasında 2018-ci ildə doğulub. O vaxt da xəstəxananın lampalarını öz hesabıma dəyişdim və evdən qızdırıcı soba aparmışdım. Həkim çatışmazlığından isə danışmağa dəyməz”, - deyə şikayətçi əlavə edib. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ araşdırılacaq. 



Xəbərin oxunma sayı : 532




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap