![]() |
|














Tarixin ən dağıdıcı zəlzələləri - ARAŞDIRMA
Tarix 11.02.23, 12:29 |
|

Bu günlərdə qardaş Türkiyə çətin sınaqla üz-üzədir. Milyonlarla insan zəlzələnin təsirinə məruz qalıb, itki sayı hər keçən gün artır. Bu təbii fəlakət son on ildə dünyada ən çox insan itkisinə səbəb olan zəlzələlərdən biri kimi tarixə düşüb. Hazırda Türkiyə öz tarixinin ən dəhşətli zəlzələsinin qorxunc yaralarını sarımaqla məşğuldur.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Qardaş Türkiyə tarixinin ən dəhşətli faciələrindən birini yaşayır. Böyük dağıntılar, insan tələfatı ilə nəticələnən zəlzələ tək qardaş ölkəni deyil, dünyanı sarsıdıb. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə sadəcə cümhuriyyət tarixinin deyil, coğrafiyasının və dünyanın ən böyük fəlakəti ilə qarşı-qarşıyadır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, Türkiyə və Suriyada ümumilikdə 23 milyondan çox insan zəlzələnin təsirinə məruz qalıb. Minlərlə insanın ölümünə səbəb olan bu zəlzələ son on ildə dünyada ən çox insan itkisinə səbəb olan təbii fəlakət kimi tarixə düşüb.
Əksər ölkələr Türkiyəyə yardım əlini uzadıb və bu ölkələr arasında Azərbaycan birinci olub. Bir faktı da qeyd edək ki, Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir. ÜST-nin Avropa fövqəladə hallar üzrə yüksək səviyyəli əməkdaşı Ketrin Smolvudun sözlərinə görə, ölənlərin sayı 20 mindən çox ola bilər. Zəlzələ xəbərləri dünya mediasında da gündəm olub.
Türkiyədə niyə tez-tez zəlzələ baş verir?
Zəlzələlərin tez-tez baş verdiyi Türkiyədə 1939-1999-cu illər arasında beş güclü zəlzələ olub. 1900-cü ildən bəri bu torpaqlarda baş verən 76 zəlzələdə 90 mindən çox insan həlak olub. Ölümlərin yarıdan çoxu 1939-1999-cu illər arasında olub. Bəziləri Türkiyədə baş verən zəlzələnin 80 il əvvəl yaşanan zəlzələ ilə eyni gücdə olduğunu deyirlər. College London Universitetinin seysmologiya üzrə mütəxəssisi Stefen Hiçks bildirib ki, 1939-cu ilin dekabrında Türkiyənin şimal-şərq hissəsində 7,8 bal gücündə baş verən zəlzələ nəticəsində 30 min nəfər ölüb. Sonuncu dəfə isə 2020-ci ilin yanvarında Türkiyənin şərqindəki Elazığ şəhərində baş verən 6,7 bal gücündəki zəlzələ 41 nəfərin həyatına son qoyub, 1600-dən çox insan yaralanıb.
Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə təkanların tez-tez baş verməsinə gətirib çıxarır.
Dünyada ən çox insan tələfatına səbəb olmuş 10 zəlzələ
Hər il dünyada yüz minlərlə zəlzələ baş verir. Onların çoxu zəif olduğu, yerin dərin qatlarında, okean və dənizlərdə baş verdiyi üçün insanlar adətən, xəbər tutmurlar. Yerüstü qatı silkələyən zəlzələlərdən 20-yə qədəri fəlakətlə nəticələnir. Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar tərpənməsi - yəni zəlzələ - ən dəhşətli təbii fəlakət kimi tarixdə qanlı izlər qoyub. Elm inkişaf etdikcə zəlzələnin öyrənilməsi və təbii ki, onun fəsadlarının minimuma endirilməsində xeyli irəliləyiş var. Amma bu təbii fəlakətin dəqiq proqnozlaşdırılması hələ ki mümkünsüz sayılır. Tarixdə ən çox insan itkisinə səbəb olan zəlzələlərin tarixinə nəzər salsaq ilk növbədə 856-cı ilin 22 dekabr tarixində İranın Damğan rayonunda baş verən zəlzələni qeyd etməliyik. Bu zəlzələ zamanı 200 000-dən artıq insan həlak olub. Zəlzələnin gücü 7,9 bal qiymətləndirilib. 893-cü il 23 mart tarixində baş verən Ərdəbil zəlzələsinin gücü isə dəqiq məlum deyil. Fəlakət nəticəsində 150 000-dən artıq insan ölüb. 1138-ci ildə Hələb zəlzələsində 230 000 nəfərin öldüyü məlumdur. Dünya tarixinin ən güclü zəlzələlərindən biri də 1556-cı il 23 yanvar günü Çinin şimal-qərbində baş verib. 8 bal gücündə baş verən zəlzələ zamanı 830 000 nəfər həyatını itirib. Bu, bölgə əhalisinin 60 faizi deməkdir.
Çində 1920-ci il 16 dekabr tarixində 7,8 bal gücündə baş verən zəlzələ zamanı isə 200 000 adam həlak olub. Bundan başqa, 20 000-dən artıq insan küçələrdə donaraq həyatını itirib. Yaponiyada 1923-cü ilin sentyabrın 1-də Kanto bölgəsində baş verən fəlakət ölkə tarixinin ən dəhşətli zəlzələsi kimi yaddaşlarda qalıb. 7,9 bal gücündəki həmin zəlzələ Tokio və Yokohamada da ciddi fəsadlara yol açıb. 142 000 adam həlak olub, 380 000 ev tamamilə dağılıb.1948-ci il oktyabrın 5-də Aşqabadda 7,3 bal gücündə baş verən zəlzələdə 110 000-dən çox adam həyatını itirib. 20-ci əsrin ən çox insan itkisinə yol açan zəlzələsi isə Tyanşan zəlzələsi hesab olunur. 28 iyul 1976-cı ildə baş verib. 7,8 bal gücündə özünü göstərən təbii fəlakət zamanı 255 000 nəfər ölüb. Əhali isə ölənlərin sayının daha çox olduğunu iddia edib. 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında 9,1 bal gücündə baş verən zəlzələ və onun ardından gələn sunami Cənubi Asiya və Afrikada 14 ölkədə hiss olunub. Nəticədə 227 000-dən çox insan həyatını itirib. 2010-cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222 000-dən çox adam həlak olub, 300 000-dən artıq adam yaralanıb.
Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. 22 may 1960-cı ildə Çilidə baş vermiş zəlzələ isə indiyə qədər ölçülən ən güclü zəlzələdir. Həmin zəlzələnin gücü 9,5 bal olub. Çili zəlzələsindən sonra meydana gələn sunami Sakit okeanda ciddi can və mal itkisinə səbəb olub. 28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündə zəlzələ ikinci ən güclü zəlzələ kimi tarixə düşüb. 3 dəqiqə davam edən həmin zəlzələ də sunamiyə səbəb olub.
Yeri gəlmişkən, Türkiyədə yaşanan son hadisə süni zəlzələ məsələsini də ortaya çıxarıb. Mütəxəssislər bir ağızdan bəyan edirlər ki, bu, mümkün deyil. Zəlzələ ocağı olmasa, süni zəlzələ yaratmaq da olmaz. Özü də süni zəlzələni asanlıqla təbiidən fərqləndirmək mümkündür.
Xəbərin oxunma sayı : 913
Analiz
Xəbərlər
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - nTramp
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
TOP 10
ARXİV