Xalq artisti bikinidə belə poz verdi - FOTO “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

Səidədən Şəbnəmə cavab: “Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz”

Tarix 04.07.22, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Səidə Sultan Şəbnəm Tovuzlunun “Əgər mədəniyyət, əxlaq, insanlıq geyimi ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir” sözlərinə cavab verib.

Oxu.Az xəbər verir ki, Səidə bu mövzu ilə bağlı sosial şəbəkə hesabında video paylaşaraq “kimdə nə yoxdursa, ondan danışır” şərhini əlavə edib.

S.Sultan bir müddət əvvəl səsləndirdiyi qalmaqallı sözləri tənqid edənləri də cavabsız qoymayıb:

“Bu yaxınlarda verilişə çıxdım, fikrimi bildirdim ki, Azərbaycan musiqisi o deyil. “Nanay” oxuyanlar musiqimizi pis günə qoyublar. Ad da çəkmədim... Sağ olsunlar, bilənlər bildilər kimdir. Əsas odur, özlərini tanıyırlar. Səhəri gördüm, həmin verilişə müğənni gəlib (“Tarixin bir günü” verilişində müğənni Şəbnəm Tovuzlunu nəzərdə tutur - red.), sual verdilər, o da normal danışdı.

Təhqir etdi, tənqid yox. Mahnı qaldı qıraqda, başlayıb “əxlaqlıyam, əxlaqı nümayiş etdirirəm”. Sən nə əxlaqdan danışırsan, söhbət mahnıdan gedir. Əxlaqın nə aidiyyəti var? Guya mənə demir, amma çörəyi qulağıma yemirəm. Dedim, cavabını verməyim, vaxt gələr, cavabını üz-üzə verib, başa salaram. Mahnıdan danış, kimə lazımdır sənin əxlaqın? Bununla nə xal qazanırsınız?

Baxıram, indi də günortadan sonra arvad olmuş qız mənə əxlaqsız, narkoman deyir. Bildim ki, cavabını verməmişəm, ayağı yer alıb. Siz kimsiniz ki, mənə əxlaqdan dərs deyirsiniz? Əxlaqlı anaların, bacıların üzündən iraq, əxlaqdan danışmaq üçün çox az adamıq. Sizin əxlaqınızın vərəqi tərtəmiz olsa, deyərəm, məni bağışlayın. Sizin vərəqinizin arxasında da, qabağında da cızıq var. Siz hansı əxlaqdan danışırsınız? Subay qızam, kiminsə ərini əlindən almamışam, kiminsə ərindən uşaq dünyaya gətirməmişəm, hansısa gəlini gözüyaşlı qoymamışam, Bu gün Şəmkir kişilərinin hesabına müğənni olmamışam.

Günortadan sonra arvad olmuş qız, evində ərin yoxdur? Ərinə hörmət etmirsən. Sənlə dostluğumuz olub, çörək kəsmişik? Bir ərinə, qayınana, qayınatana hörmət et. Ərinə deyirəm, arvadından soruş, əxlaqsızlıq edəndə, bəlkə, aparmışam, pul verməmişəm, bəlkə, bir işim olub? Çıxıb nə ağzınıza gələni danışırsınız? Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz. Bu nə kompleksdir düşmüsünüz? Sizin kimi ərə getməyə qalsa, yüz dəfə gedərdim. Özünə hörmət elə”.

Ətraflı videoda:





Xəbərin oxunma sayı : 619

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap