“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sabiq nazirə və Mirşahinə qarşı sui-qəsd hazırlanıb - Məhkəmə başlayır

Tarix 10.12.23, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə aşraşdırma aparılarkən onların ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları da məlum olub.

Onlar arasında keçmiş təhsil naziri Misir Mərdanov və "Real TV"nin rəhbəri Mirşahin Ağayev də var. İstintaq artıq bu şəxsləri zərəçəkmiş kimi tanıyıb

Təqsirləndirilən Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəm Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası dekabrın 13-də keçiriləcək

İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutacaq.Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Onlara Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277, 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.







Xəbərin oxunma sayı : 499




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap