Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya ordusu Ermənistanda təlimlərə başlayıb - Nə baş verir?

Tarix 28.03.23, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ordusu bugünlərdə Ermənistandakı bazasında hərbi təlimə başlayıb. Təlim hərbçilərin kəşfiyyat-axtarış fəaliyyəti, çətin relyef şəraitində sığınacaqların təşkil edilməsi və naviqasiya üzrədir.

Martın əvvəlində də Rusiya Ermənistan ərazisində hərbi təlim keçirib. Rusiya artilleriyaçıları Ermənistanın Alagöz yüksək dağ poliqonunda təlimdə iştirak ediblər.

Bütün bunlar həm Qarabağda, həm də Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatların yayıldığı bir dönəmə təsadüf edir.

Xatırladaq ki, martın 17-si Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək onun həbsinə order verib. Bundan bir həftə sonra - martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma Əsasnaməsi ilə bağlı öhdəlikləri tanıyıb. Bu qərar dərc edildiyi andan qüvvəyə minir. Bunun ardınca isə Ermənistan parlamenti Roma Əsasnaməsini ratifikasiya etməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin qanunvericiliyini tanıyan ölkələr bu orqanın normativ sənədlərinə, qərar və orderlərinə əməl etməli və yerinə yetirməlidirlər. Ermənistan Roma Əsasnaməsini isə 1999-cu ildə imzalasa da, ratifikasiya etməyib.

Rusiya Xarici İşlər Nazirliyi isə bu gün İrəvanı hədələyən bəyanatla çıxış edib. 

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaqla bağlı planları tamamilə qəbuledilməzdir”,-bəyanatda qeyd olunur.

Bildirilib ki, rəsmi Moskva sözügedən məhkəmə tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Roma əsasnaməsinə qoşulmaq istəyini tamamilə qəbuledilməz hesab edir. Rusiya XİN-dəki mənbənin sözlərinə görə, Moskva belə bir qərarın mənfi təsirləri ilə bağlı İrəvana xəbərdarlıq edib.


Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”ya bildirib ki, Moskva Ermənistanın qərarının ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, “atacağı addımlar” dedikdə söhbət Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə verdiyi orderdən gedir.

“Başqa sözlə Putin İrəvana gedərsə Ermənistan hüquq-mühafizə orqanları onu həbs etməlidir. Aydındır ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşularsa belə İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz. Digər tərəfdən belə vəziyyətdə Putin də İrəvana getmək istəməz” - deyə, o, qeyd edib.

Təhliçi əlavə edir ki, Kremlin təlimatıyla Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin qərarını sərt tənqid edərkən, Rusiya Müdafiə Nazirliyi Ermənistanla birgə Qərbi Zəngəzurda birgə hərbi təlimlər keçirib:“Bu təlimlər Azərbaycanın əleyhinədir. Kreml bununla demək istəyir ki, baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalsa da, Ermənistanın Azərbaycan qarşısında gücsüz qalmasını istəmir. Buna baxmayaraq, Kreml-İrəvan münasibətləri tarixin ən soyuq dövrünü yaşayır ki, bu Azərbaycanın maraqlarına uyğundur. Moskva-İrəvan münasibətlərindəki hazırki vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir. Erməni separatçıları Qarabağda Rusiyasız “fəaliyyətlərinə” davam edə bilməyəcəklərini anlayırlar. Ancaq Kremlin Rusiya hərbi kontingentinə verdiyi hazırki tapşırıq bundan ibarətdir ki, Azərbaycan hərbçiləri ilə toqquşmamalıdırlar. Bu erməniləri ciddi narahat edir. Çünki erməni separatçıları Rusiya hərbi kontingentinin Azərbaycan hərbçilərini durdurmasını istəyir. Bu baş vermədiyinə görə, erməni separatçılarının Rusiyadan məyusluğu artır. Bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarına uyğun hərəkət edir, sadəcə biz Qarabağda hədəflərimizə doğru irəliləməkdə davam edə bilərik”.

Açıklama yok.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, Qafqaz son 200 ildə Rusiyanın aktual gündəmini təşkil edib: "Bu gün də belədir. Rusiya hər nə qədər başqa coğrafiyalarda müharibəyə cəlb olunsa da, yaxşı dərk edir ki, onun Yaxın Şərqə açılan qapısı Qafqazdır. Ona görə də nə qədər ki, Rusiya dövləti var, mütləq Qafqaza xüsusi strateji rayon kimi xüsusi diqqət ayıracaq".

Rusiyanın Ermənistandakı hərbi bazasında son günlərdə təlimlərin keçirilməsinə gəlincə, Babaoğlu vurğulayıb ki, bunun iki tərəfi var: "Bu təlimlərlə, bir tərəfdən, Qafqaza gəlmək istəyən qeyri-ənənəvi aktyorlara - Fransaya və Qərbə, digər tərəfdən də, Ermənistan və Azərbaycana mesaj vermiş olur ki, mənim burada hərbi iştirakçılığım kifayət qədər realdır, Qafqazda hansısa ekstraordinar hadisə baş verərsə, mənim ona müdaxilə imkanım var".

Onun sözlərinə görə, hazırkı strateji güc balansı mərhələsində Rusiyanın verdiyi mesajın nə qədər səmərəli və nə qədər təsirli olacağı başqa bir mövzunun predmetidir: "Bütün hallarda bu, Rusiyanın özünü yada salması və hələ də Qafqazda real hərbi rıçaqlara malik olmasının göstərməsidir".



Xəbərin oxunma sayı : 826




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap