Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya Müdafiə Nazirliyinin xüsusi təyyarəsinin müəmmalı reysi - Təyyarənin göyərtəsində...

Tarix 21.01.22, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın və NATO-nun Şərqi Avropa və keçmiş sovet məkanında hərbi iştirakını artırmasına cavab olaraq Rusiyanın Venesuela və Kubada hərbi kontingent, hətta nüvə raketləri yerləşdirə biləcəyi barədə Moskvadan səslənən bəyanatların ardınca bu ölkənin Müdafiə Nazirliyinin xüsusi təyyyarəsi Latın Amerikası istiqamətində uçub.

Virtualaz.org xəbər verir ki, “Zapiski oxotnika” adlı telegram-kanalında bu haqda bildirilir. Məlumata görə, bu gün yanvarın 20-də səhər saatlarında Müdafiə Nazirliyinin İl-76M xüsusi təyyarəsi Moskvadan havaya qalxaraq əvvəlcə Dəməşq aeroportunda enib, daha sonra Latın Amerikası istiqamətində uçub.

Təyyarənin göyərtəsində kimlərin olduğu məlum deyil, amma bu fakt Rusiya ilə Latın Amerikasının bəzi ölkələri arasında hərbi kontingentin yerləşdirilməsinə dair danışıqların getdiyinə dəlalət edə bilər. Bildirilir ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyyarəsi Latın Amerikasına uçmuşdu. Həmin təyyarədə Müdafiə Nazirliyinin rəsmilərinin səfərinə hazırlıq üçün nümayəndələrin göndərildiyi ehtimal edilir.

Ötən əsrin 60-cı illərində SSRİ-nin ABŞ-ın Türkiyədə nüvə başlıqları yerləşdirməsinə cavab olaraq gizlicə Kubaya öz nüvə raketlərini daşıması tarixdə “Karib böhranı” kimi qalan və dünyanı nüvə müharibəsinin bir addımlığına gətirib çıxaran hərbi-diplomatik böhrana səbəb olmuşdu.



Xəbərin oxunma sayı : 727




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap