Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

Tarix 03.07.22, 10:59

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olmaqla bərabər, beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 

Bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında sülh və sabitliyi təmin etməkdir. Bu təşkilat Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən çox sayda dövlətini bir araya gətirən ikinci böyük təşkilatdır. Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə hər zaman Azərbaycana çox ciddi dəstəyi olub. İstər İkinci Qarabağ müharibəsindən əvvəl, istərsədə sonra bu təşkilatın üzvləri arasında Azərbaycanın haqlı davasında ölkəmizin mövqeyini dəstəkləyənlər olub. Azərbaycan Qoşulmama Hərəkatının ruhuna
və prinsiplərinə sadiqdir.  Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycan üçün
önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan təkcə regionun lideri olmaqla bərabər, eyni zamanda  artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Dünyanın mühüm təşkilatlarından biri Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq
təşkilatlarda göstərdiyi qətiyyətli mövqe nəticəsində böyük dövlətlər Azərbaycanla artıq daha sıx tərəfdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu
fəal oynayan ölkələrdən biri idi. 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə
vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  bu günlərdə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edib. Dövlət başçısı qeyd edib ki, 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulan Azərbaycan hər zaman  həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb.

Dövlət başçısı  regional mövzular və qlobal məsələlərdə hər zaman Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin  şahidi olduğunu vurğulayaraq, Azərbaycana Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini
tapıb. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan
beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Səbinə İsmayılova



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap