Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb - Kütləvi həbslər aparılır

Tarix 05.06.23, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb, kütləvi həbslər aparılır, bu barədə Bişkek KİV-ləri məlumat yayıb. Amma bu ölkədə jurnalistlərin təqsirləndirilən və ya şübhəli şəxslər haqqında məlumatı yoxdur.

Bişkek KİV-lərindən birinin müxbiri Turan-a prezident Sərdar Japarovun və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin əleyhdarlarının saxlanıldığını bildirib. "Qırğızıstanda onları "eki dosı" (iki dost) adlandırırlar. Hakimiyyəti və şəxsən adı çəkilən iki rəhbəri tənqid edən jurnalistlər, blogerlər, siyasətçilər naməlum yerə aparılıb. Bizim hər birimizi həbs edə bilərlər. Tam qanunsuzluq hökm sürür", deyən jurnalist adının açıqlanmamasını xahiş edib.

"İki ağılsız, onlar əvvəl müttəfiq idilər, sonra bir-biri ilə münaqişə aparıblar, indi birlikdə, Rusiyanın himayəsi altındadırlar. Rejimlərini tənqid edən hər kəsi həbs edirlər. Korrupsionerləri də saxlayırlar, amma onlardan pul alıb dərhal buraxırlar. Putinin nümayəndəsinin - Peskovun bəyanatı bizi narahat edir, onun şərhi xoşagəlməz nəticələr çıxarmağa vadar edir, sanki bir təxribat baş verir", deyə bişkekli jurnalist əlavə edib.

24.kg informasiya agentliyinin öz mənbələrinə istinadla verdiyi məlumata görə, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları "mümkün dövlət çevrilişinin iştirakçılarının" kütləvi həbsini həyata keçirib. Agentliyin məlumatında qeyd edilir ki, bir qrup şəxs hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırdı. Xüsusi xidmət orqanının konkret olaraq kimi saxladığı dəqiqləşdirilmir. Hüquq-mühafizə orqanları hələlik bu məlumata rəsmi şərh vermir.

"Şübhəsiz, çox narahatedici xəbərlər gəlir. Buna görə biz bu xəbərləri diqqətlə izləyirik", deyə Kremlin nümayəndəsi Peskov jurnalistlərə bildirib.

Dünən prezident Sərdar Japarov Qırğızıstanın Aİ ilə münasibətlərini yaxşılaşdırmaq niyyətini ifadə edib. Aİ Şurasının prezidenti Şarl Mişel Bişkekə səfər edib. Qırğızıstan KTMT hərbi blokunun və Aİİ iqtisadi ittifaqının üzvüdür, özünü Rusiyanın müttəfiqi elan edir. Amma mayda ölkədə Rusiya qoşunlarının tərkibində Ukraynaya qarşı döyüşən yerli sakin nümayişkaranə şəkildə 10 il müddətinə həbs edildi. Çox güman ki, Japarov və Taşiyev Rusiyadan uzaqlaşmaq üçün siyasi sahəni təmizləyir.



Xəbərin oxunma sayı : 874




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap